Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

Afiq Səfərov 12 il çalışdığı "Azərsun"dan ayrılmasının səbəbini açıqladı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Afiq Səfərov 12 il çalışdığı "Azərsun"dan ayrılmasının səbəbini açıqladı
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

12 ildir “Azərsun Holdinq”in İctimaiyyətlə Əlaqələr və Sosial xidmətlər Departamentinin rəhbəri  olan Afiq Səfərov tutduğu vəzifədən ayrılıb. Bundan sonra departamentə Kazım Babayev rəhbərlik edəcəkdir. 

 

Reklam_3_11

“Azərsun Holdinq”dən ayrıldığını “Marja”ya təsdiq edən Afiq Səfərov bildirdi ki, işdən təşəkkürnamə ilə ayrılıb. O, artıq öz şəxsi biznesini genişləndirməyin vaxtını çatdığını, bu səbəbdən “Azərsun Holdinq”dən ayrıldığını bildirdi:

 

“Abdoolbari Goozal dünənə qədər şirkətdə rəhbərim idisə, bundan sonra da böyüyüm, ağsaqqalım, hörmət bəslədiyim insan olaraq qalacaqdır. “Azərsun”dan getmək “Azərsun”lu olmamaq demək deyil. “Azərsun Holdinq” Azərbaycana böyük töhfələr vermiş şirkətdir. Mən də xoşbəxtəm ki, 12 il “Azərsun” ailəsində çalışmışam. Bundan sonra dövlətmizin yaratdığı imkanlardan faydalanaraq öz şəxsi biznesimi inkişaf etdirməyi fikirləşirəm. Fəaliyyətim həm ölkə daxilində, həm də ölkə hüdudlarından kənarda olacaqdır. Ökədə həyata  keçirilən islahatlara paralel olaraq  “Azərsun Holdinq”də də islahatlar aparılır. “Azərsun”a  uğurlar arzulayıram. Bundan sonra da holdinqin yanında olacam və lazım gələrsə dəstəyimi əsirgəməyəcəm. “Azərsun” mənə doğma ocaqdır, bu şirkətdə çox dəyərli insanlar çalışır.Bu kollektiv Azərbaycanın bir sərvətidir”.

22.02.2019 13:29

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ