Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

“Bakı Fond Birjası” Listinq qaydalarını yenilədi

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Bakı Fond Birjası” Listinq qaydalarını yenilədi

“Bakı Fond Birjası” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən yenilənmiş “Qiymətli kağızların listinqə daxil olunması, listinqdə saxlanması, delistinqi və ticarətin təşkili” qaydalarının təqdimatı olmuşdur.

 

Sözügedən qaydalarda mövcud listinq prosesləri optimallaşdırlmış və bazar seqmentləri üzrə tələblər yerli bazarın xüsusiyyətlərinə uyğunlaşdırılmış, eləcə də qiymətli kağızların ticarətə buraxılması, listinqi və delistinqi və onların emitentlərinin birja qarşısındakı öhdəlikləri sadələşdirilmişdir.

 

Eyni zamanda yeni qaydalarda xarici emitent və Azərbaycanın üzv olduğu beynəlxalq qurumların Azərbaycan kapital bazarlarında qiymətli kağız buraxılışını tənzimləyəcək dəyişikliklər əlavə edilmişdir.

 

Tədbirdə Maliyyə Bazarlarına Nəzarət Palatasının, Azərbaycan Fond Bazarları Assosiasiyasının,  İnvestisiya şirkətlərinin, Milli Depozit Mərkəzinin, Emitentlər və Azərbaycan Respublikasının üzv olduğu beynəlxalq təşkilatların nümayəndələri iştirak etmişdir.

 

Qeyd edək ki, yeni qaydalar BFB-nin  internet səhifəsində yerləşdirilmişdir və 13 mart 2019-cu il tarixindən qüvvəyə minəcəkdir. Ətraflı: https://bfb.az/qayda-ve-telimatlar/

22.02.2019 14:42

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ