İpotekada lider bank - 2 ayda 4 milyonluq kredit
Ölkənin aparıcı banklarından AGBank ipoteka kreditlərinin verilməsinə görə, ilk sıralardakı yerini qoruyur.
Bankın yaydığı məlumata görə, ümumi ipoteka krediti portfeli bu günə 50,9 mln manat təşkil edir. Bu günədək bank tərəfindən adi və sosial şərtlərlə 1600-dən artıq ipoteka kreditləri verilib və hazırda bankda 1516 aktiv kredit mövcuddur. 2007-ci ildən ipoteka krediti rəsmiləşdirən AGBank təqdim etdiyi kreditlər üzrə 2012-ci ildə (664 ədəd) 7-ci, 2013-cü ildə (989 ədəd) 2-ci yerə müvəffəq olmuşdusa, 2014-cü ildə 1245 ədəd ipoteka krediti ilə 1-ci yerə layiq görülüb. Ümumillikdə isə 2007-ci ildən 2016-cı il yanvarın 1-nə qədər ipoteka kreditlərinin sayına görə AGBank lider olub. Hesabat dövründə bu bank 1432 ipoteka krediti verib.
2016- cı ildə isə bank tərəfindən yenidən ipoteka kreditləri verilməyə başlanıb və 28 fevral 2017 ci il tarixinə qədər yeni ipoteka şərtləri ilə 4000 000 manatdan artıq ipoteka krediti verilib. İpoteka kreditləri AGBank-ın Bakıda “Elmlər”, bölgələrdə isə “Gəncə”, “Yevlax” və “Ağdaş” filiallarında rəsmilləşdirilir.
Qeyd edək ki, 1992-ci ildə fəaliyyətə başlayan və Azərbaycanın 10 aparıcı banklarının siyahısına daxil olan AGBank, bu il özünün 25-ci yubiley ilinə qədəm qoyub. Hazırda bank 19 filial, 1 şöbə və Bakı, Sumqayıt, Gəncə, Yevlax, Bərdə, Şamaxı, Şirvan və Salyanda yerləşən 71 bankomatla xidmətinizdədir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 35 d. əvvəl
-
46 d. əvvəl
İlham Əliyevin Berlində Almaniya Kansleri ilə geniş tərkibdə görüşü başlayıb
- 56 d. əvvəl
- 58 d. əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
"Yeni iqtisadi uğurlara nail olacağımıza inanırıq" - Məmməd Musayevin çıxışı
- 3 saat əvvəl
-
3 saat əvvəl
Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi fəaliyyətini dayandırıb
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
4 saat əvvəl
“Rox Motor” avtomobil brendi artıq rəsmi olaraq Azərbaycanda!
- 4 saat əvvəl