Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Azərbaycana Səudiyyədən gələnlər 2,2 dəfə, Avropadan gələnlər isə 6,7 faiz artıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycana Səudiyyədən gələnlər 2,2 dəfə, Avropadan gələnlər isə 6,7 faiz artıb

Dövlət Sərhəd Xidmətinin yaydığı məlumata əsasən, 2018-ci ildə Azərbaycana dünyanın 196 ölkəsindən 2 milyon 849 min 600 nəfər çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib ki, bu da əvvəlki illə müqayisədə 5,7 faiz çoxdur. 

 

Reklam_3_11

Azərbaycana gələn əcnəbilərin arasında Rusiya Federasiyası vətəndaşları üstünlük təşkil edib - 30,9 faiz. Həmin dövrdə ölkəmizə səfər edənlərin 21,4 faizi Gürcüstan, 10,2 faizi Türkiyə, 8,5 faizi İran, 3,3 faizi Birləşmiş Ərəb Əmirlikləri, 2,6 faizi Səudiyyə Ərəbistanı, 2,4 faizi İraq, 2 faizi Ukrayna, 1,4 faizi İsrail, 17,2 faizi digər ölkələrin vətəndaşları, 0,1 faizi isə vətəndaşlığı olmayan şəxslər olub. 2017-ci illə müqayisədə 2018-ci ildə ölkəmizə gələn Səudiyyə Ərəbistanı vətəndaşlarının sayı 2,2 dəfə, Bəhreyn vətəndaşlarının sayı 2 dəfə, Küveyt vətəndaşlarının sayı 1,8 dəfə, Qətər vətəndaşlarının sayı 1,6 dəfə, İraq vətəndaşlarının sayı 7,9 faiz, Oman vətəndaşlarının sayı isə 7,4 faiz artıb. 2018-ci ildə Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 6,7 faiz, MDB ölkələrindən gələnlərin sayı isə 3,8 faiz artıb.

 

2018-ci ilin yanvar-dekbar aylarında Azərbaycana gələn xarici ölkə vətəndaşları bank kartları vasitəsilə 1 milyard 278 milyon 400 min manatlıq əməliyyat aparıblar. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinın son icmalında bildirilib ki, 2017-ci illə müqayisədə əcnəbi vətəndaşların bank kartları vasitəsilə apardıqları əməliyyatların dəyəri 256 milyon manat və ya 25 faiz artıb.

 

2018-ci ildə ölkəmizə gələn xarici ölkə vətəndaşları çox olduğu üçün onların bank kartları vasitəsilə xərcləmələrində də artım müşahidə edilib. Təkcə ötən ilin dekabr ayında ölkəmizə gələn xarici vətəndaşların bank kartları vasitəsilə apardıqları əməliyyatların dəyəri 82,9 milyon manat təşkil edib ki, bu da 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 6 faiz artım deməkdir.

25.02.2019 08:41

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ