Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Azərbaycanlılar ən çox İrana səfər edib - BÖYÜK ARTIM

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycanlılar ən çox İrana səfər edib - BÖYÜK ARTIM
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

2019-cu ilin yanvar ayında xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının sayı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 19,3 faiz artaraq 357,1 min nəfər olmuşdur. 

 

Reklam_3_11

"Marja" Dövlət Sərhəd Xidmətinin məlumatına istinadən xəbər verir ki, ölkə vətəndaşlarının 35,0  faizi İrana, 28,0 faizi Gürcüstana, 20,9 faizi Rusiya Federasiyasına, 10,2 faizi Türkiyəyə, 1,2 faizi Ukraynaya, 1,1 faizi Birləşmiş Ərəb Əmirliklərinə, 3,6 faizi isə digər ölkələrə səfər etmişdir. Səfər edənlərin 68,1 faizi kişilər, 31,9 faizi isə qadınlar olmuşdur.


Bu dövrdə İrana gedən Azərbaycan vətəndaşlarının sayı 75,2 faiz, Rusiya Federasiyasına gedənlərin sayı 6,5 faiz, Gürcüstana gedənlərin sayı 2,5 faiz artmış, Türkiyəyə gedənlərin sayı isə 2,6 faiz  azalmışdır.


Cari ilin yanvar ayında xarici ölkələrə səfər etmiş Azərbaycan Respublikası vətəndaşlarının 81,9 faizi dəmir yolu və avtomobil, 17,3 faizi hava, 0,8 faizi isə su nəqliyyatından istifadə etmişdir.

25.02.2019 09:29

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ