Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

Şimali Koreya lideri Vyetnamdadır - "Koreya Müharibəsinin bitdiyi elan ediləcək"

iç səhifə xəbər başlığı altı (mobil)_31
Şimali Koreya lideri Vyetnamdadır - "Koreya Müharibəsinin bitdiyi elan ediləcək"
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Şimali Koreya lideri Kim Jong Un 27-28 Fevralda Vyetnamda keçiriləcək sammitdə ABŞ Prezidenti Donald Tramp ilə görüşəcək. Artıq Kim Jong Un Vyetnamın paytaxtı Hanoiyə çatıb.

 

ABŞ Prezidenti Donald Trump və Şimali Koreya lideri Kim Jong Un ilk dəfə 12 İyun 2018-ci il tarixində Sinqapurda görüşmüşdülər. 


"Marja" xəbər verir ki, Şimali Koreyadan zirehli qatarla hərəkət edən Kim qatarla Çin üzərindən minlərlə kilometr məsafə qət edərək, təxminən 60 saata Hanoiyə çatıb. ABŞ Prezidenti Trampın isə axşam saatlarında Vyetnama gəlməsi gözlənilir.
 

Qatardan düşən Kim Jong Unun zirehli avtomobillə Vyetnamın paytaxtında hərəkət etdiyi, zirehli maşının ətrafında təxminən 10 cangüdənin yer aldığı görülüb.
 

"Melia Hotel"də qalacaq Şimali Koreya lideri jurnalistlər, polislər və vətəndaşlar tərəfindən böyük maraqla qarşılanıb.
 

MÜHARİBƏNİN BAŞA ÇATDIĞI ELAN EDİLƏ BİLƏR
 

ABŞ Prezidenti Donald Tramp ilə Şimali Koreya lideri Kim Jong arasında 27-28 Fevralda Vyetnamda keçiriləcək görüşdən sonra, liderlərin Koreya Müharibəsinin bitdiyini elan edəcəkləri gözlənilir. 
 

Cənubi Koreya xəbər agentliyi "Yonhap"ta yer alan xəbərə görə, Prezidentin sözçüsü Kim Eui-kyeom, ABŞ ilə Şimali Koreyanın Vyetnamın paytaxtı Hanoidə keçiriləcək görüşdə Koreya Müharibəsinin bitdiyini rəsmən elan edəcəklərini bildirib.

26.02.2019 09:25

Müştərilərin xəbərləri

Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ