Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Kənd Təsərrüfatı Nazirliyi aqroparklarla bağlı iradlara cavab verdi

iç səhifə xəbər başlığı altı (mobil)_31
Kənd Təsərrüfatı Nazirliyi aqroparklarla bağlı iradlara cavab verdi

Bu günlərdə sosial şəbəkələrdə “dövlətin aqrar siyasəti yalnız aqroparkların inkişafına yönəlib, dövlət dəstəyindən yalnız aqroparklar və iri şirkətlər bəhrələnirlər” kimi statuslar yer alır. Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsi bu fikirlərə münasibətini açıqlayıb.

 

Reklam_3_11

Nazirliyin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Vüqar Hüseynovun sözlərinə görə, bu il 379 min fermerə subsidiya verilib. Onların cəmi 4 faizinin torpaq sahəsi 10 hektardan çoxdur. Subsidiya alan fermerlərin 96 faizinin sahəsi isə 0,5-10 hektardır. Yəni, Azərbaycanda fermerlərin 96 faizi kiçik fermer sayılır. 

 

V.Hüseynov bildirib ki, “Aqrolizinq” xətti ilə ötən illər ərzində ölkəyə 40 mindən çox kənd təsərrüfatı texnikası, 38 mindən çox damazlıq heyvan gətirilib. Kənd təsərrüfatı texnikasının satış bazarı liberallaşdırılıb. Artıq texnika satışında tətbiq edilən güzəştlər bütün təchizatçı şirkətlərə şamil olunur.

 

"Dövlət fermerlərə satılan texnikanın 40 faizini subsidiyalaşdırır. Damazlıq heyvanlara görə verilən subsidiya 50 faizdən 60 faizə qaldırılıb. Fermerlərə verilən gübrənin qiymətinin 70 faizini dövlət ödəyir. Kənd təsərrüfatı bütünlüklə vergilərdən azad edilib. Azərbaycan kiçik və orta fermerlərə göstərilən dövlət dəstəyinə görə başqa ölkələrə nümunə ola bilər. 


Dövlət daim kiçik və orta fermerlərin yanındadır. Bununla yanaşı aqrar sahənin inkişafı üçün aqroparkların yaradılması da vacibdir. Dövlət böyük kənd təsərrüfatı müəssisələrinin yaradılmasını dəstəkləyir". 

 

O qeyd edib ki, Azərbaycanda kənd təsərrüfatı 2016-cı illə müqayisədə 2017-ci ildə 4,2%, 2017-ci illə müqayisədə isə 2018-ci ildə 4,6% artıb. Ötən il bitkiçilik məhsullarının istehsalı üzrə 6.8 faiz, heyvandarlıq üzrə isə 2.7 faiz artım olub. 

 

"Diletantlara tövsiyəm odur ki, aqrar sahəyə dair fikir yürütməzdən əvvəl Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Tədqiqatlar Mərkəzinə müraciət etsinlər", deyə şöbə müdiri vurğulayıb. 

 

PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!

 

© OXU

27.02.2019 06:08

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ