Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

"Azercell" dövlət şirkəti olduqdan sonra büdcəyə ödənişləri kəskin azalıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Azercell" dövlət şirkəti olduqdan sonra büdcəyə ödənişləri kəskin azalıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

"Azercell Telekom" şirkəti 2018-ci ildə dövlət büdcəsinə 94,5 milyon manat vergi ödəyib. Bu, 2017-ci illə müqayisədə 1,9 dəfə azdır. Belə ki, "Azercell" şirkəti 2017-ci ildə dövlət büdcəsinə 179,7 milyon manat vergi ödəmişdi.

 

Şirkətdən "Marja"ya daxil olmuş məlumata görə, Azercell 22 il ərzində isə 1 milyard 732,3 milyon manat həcmində vəsait ödəyib.

 

"Azercell" dövlət bdcəsinə 2015-ci ildə 123 milyon manat, 2016-cı ildə isə 175,1 milyon manat vergi ödəmişdi.

 

“Azercell”in dövlət büdcəsinə ödənişlərinin azalması bazar payının ardığı bir ilə təsadüf edib.

 

“Azərbaycanda mobil telefon istifadəçilərinin əksəriyyəti “Azercell”i və onun xidmətlərini seçir. Bunun nəticəsidir ki, ötən il ərzində “Azercell”in bazar payı 1% artaraq 49%-ə çatıb”,- “Azercell Telecom” MMC-nin prezidenti, Vahid Mürsəliyev 2018-ci ilin yekunlarına dair danışarkən bildirib.

 

SƏRMAYƏSİ 2 DƏFƏDƏN ÇOX ARTIB

 

“Azercell” ötən il telekommunikasiyanın inkişafına 101,1 milyon manat (59,5 milyon ABŞ dolları) sərmayə yatırıb. Bu, 2017-ci illə müqayisədə 2,4 dəfə çoxdur. “Azercell” şirkəti 2017-ci ildə ölkədə telekommunikasiyanın inkişafına 41 milyon 837 min manat (təxminən 25 milyon dollar) sərmayə yatırmışdı.

 

Qeyd edək ki, payları tam olaraq dövlətə məxsus olan “Azerbaijan International Telecom” (AzInTelecom) MMC və Niderland qanunvericiliyinə əsasən yaradılmış “Fintur Holdings B.V.” şirkəti arasında 5 mart 2018-ci il tarixində Türkiyə Cümhuriyyətində təsis edilmiş “Azertel Telekomünikasyon Yatırım Dış Ticaret A.Ş.” (“Azertel”) şirkətinin 51,3% səhmlərinin alınması barədə müqavilə imzalanmışdır. “Azertel” Azərbaycan Respublikasında mobil xidmətlər operatoru olan “Azercell Telecom” MMC-nin yeganə təsisçisidir.

27.02.2019 10:05

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ