Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

Razılığa gəlmədilər

iç səhifə xəbər başlığı altı (mobil)_31
Razılığa gəlmədilər

ABŞ Prezidenti Donald Tramp və KXDR lideri Kim Çen In sammit məkanını - Hanoyun ən qədim "Sofitel Legend Metropole" hotelini planlaşdırılan vaxtdan daha əvvəl tərk ediblər.

 

Reklam_3_11

Ölkə liderlərinin erkən ayrılmasının səbəbləri barədə hələlik heç bir informasiya verilmir.

 

Öz növbəsində, Ağ evin sözçüsü Sara Sanders sammitdə danışıqların daha erkən bitəcəyini və bununla əlaqədar ABŞ Prezidenti Donald Trampın mətbuat konfransının vaxtının dəyişdiyini təsdiqləyib.

 

Onun sözlərinə görə, daha əvvəldən yerli vaxtla saat 16:00-ya (Bakı vaxtı ilə saat 13:00) təyin olunan D.Trampın mətbuat konfransı saat 14:00-da (Bakı vaxtı ilə saat 11:00) başlayacaq.

 

Həmçinin qeyd olunub ki, ABŞ Prezidenti və KXDR lideri arasındakı sammitin yekunları üzrə razılaşma əldə olunmayıb.

28.02.2019 08:01

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ