Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Avtomobil dileri sığorta şirkətinin 2-ci böyük səhmdarı oldu

iç səhifə xəbər başlığı altı (mobil)_31
Avtomobil dileri sığorta şirkətinin 2-ci böyük səhmdarı oldu

“Toyota Abşeron Center” (Toyota Abşeron Mərkəzi) iki əməliyyat nəticəsində “Bakı Sığorta” şirkətinin səhmlərinin 12,33%-ni əldə edib. Məlumata görə, birinci əməliyyatda şirkət 527 ədəd, ikinci əməliyyatda 922 səhm satın alıb.


“Marja”nın əldə etdiyi məlumata görə, “Toyota Abşeron Center” payları digər hüquqi şəxs səhmdarlardan əldə edib. Şirkətdə mühüm iştirak payına (51%-dən çox) malik olan “Bank Respublika” ASC-nin payının təxminən 60% səviyyəsindən 51-52 faiz səviyyələrinə düşdüyü bildirilir. “Bakı Sığorta” səhmdarlarının payları barədə dəqiq nisbətlər Milli Depozit Mərkəzinin təqdim edəcəyi arayışdan sonra məlum olacaqdır. 

Reklam_3_11


Son əməliyyatlaradək, nizamnamə kapitalı 8 milyon 925 min 440 manat olan "Bakı Sığorta"nın səhmdarları “Bank Respublika” (57,9785%), “Diamond Motors Şirkəti” (9,3750%), “Subaru Azərbaycan” şirkəti (9,3750%), “Yeni Motor Şirkəti”, Murad Rəhimov (6,9653%) və Behbud Nəcəfov (6,9321%) idi.


“Bakı Sığorta”, səhmdarı olmamışdan öncə “Toyota Abşeron Center” ilə əməkdaşlıq edir. 


“Toyota Abşeron Center” "Toyota Motors Corporation" şirkətinin Azərbaycanda rəsmi dileridir.

01.03.2019 07:09

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ