Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Azərbaycan İnsan Resursları Assosiasiyası yaradılıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycan İnsan Resursları Assosiasiyası yaradılıb

Azərbaycan İnsan Resursları Assosiasiyası (AİRA) yaradılıb.

 

Reklam_3_11

Yeni təşkilat İnsan Resurslarının İdarə Edilməsi sahəsində fəaliyyət göstərən müasir nəzəri biliklərə və yerli təcrübəyə malik yüksək ixtisaslı peşəkarların təşəbbüsü, dövlət və özəl biznes sektorunun dəstəyi və Ədliyyə Nazirliyinin müvafiq qərarı ilə yaradılıb. 

 

AİRA-nın əsas məqsədlərindən biri insan kapitalının bütün səviyyələrdə və istiqamətlərdə inkişaf etdirilməsi, həmçinin innovativ və səmərəli şəkildə elmi əsaslandırılmış metodlarla istifadə olunmasıdır. Həmçinin AİRA insan resurslarının strateji baxımdan yönləndirilməsi, bu sahədə fəaliyyət göstərən mütəxəssislərə və ümumilikdə karyerasını qurmağı planlaşdıran şəxslərə dəstək olunması məqsədi ilə yaradılıb.


AİRA-nın əsas hədəfi milli İnsan Resuslarının İdarə Edilməsi standartlarının müəyyən olunması və biznesdə çevik idarəetmə sistemlərinin qurulmasına töhfələr verməkdir. Assosiasiya insan resurslarının idarə olunması üzrə Azərbaycan iqtisadiyyatında mövcud tendensiyaları nəzərə almaqla elmi məlumatlara və araşdırmaya əsaslanan, beynəlxalq təcrübədə sınaqdan çıxmış (best practices) prosedur və praktikalarda faydalanacaqdır.

 

AİRA insan kapitalının formalaşdırılmasında, inkişaf etdirilməsində və idarə olunmasında iştirak edən bütün maraqlı tərəflərin sıx əməkdaşlığını ehtiva edərək bu tərəfdaşlığın Azərbaycan iqtisadiyyatına və cəmiyyətinə dəyərlər qatacağına əmindir.

 

AİRA olaraq İnsan Resurslarının İdarə Edilməsi sahəsində fəaliyyət göstərən mütəxəssisləri, şirkətləri, təşkilatları, həmçinin dövlət, cəmiyyət və milli iqtisadiyyatın inkişafına “Yüksək dəyər” qata biləcək hər kəsi əməkdaşlığa dəvət edir.

01.03.2019 15:18

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ