Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Bakıda müasir "Jaguar Land Rover" mərkəzi açıldı + FOTO, VİDEO

iç səhifə xəbər başlığı altı (mobil)_31
Bakıda müasir "Jaguar Land Rover" mərkəzi açıldı + FOTO, VİDEO
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

-4960 kvadrat metr sahəsi olan mərkəz müştərilərə satış, texniki xidmət və satışsonrası xidmətləri kompleks şəkildə təqdim edəcək.

 

Reklam_3_11

-Mərkəz brendin gözoxşayan qlobal ARCH prinsipini özündə təcəssüm etdirir.


 

1 mart 2019-cu il tarixində "Jaguar Land Rover" avtomobillərinin Azərbaycanda rəsmi dileri olan “Avtolüks-Azərbaycan” MMC Bakıda yerli "Jaguar Land Rover" mərkəzini istifadəyə verib.  

 

“Marja” xəbər verir ki, Aşıq Molla Cümə küçəsində yerləşən yeni mərkəz "Jaguar" və "Land Rover" müştərilərinə satış, texniki xidmət və satışsonrası xidmətlər göstərəcək.

 

"Jaguar Land Rover" Yaxın Şərq və Şimali Afrika (MENA) pərakəndə satış (riteyl) şəbəkəsinin tərkib hissəsi olan “Avtolüks Azərbaycan” şirkəti hər iki brendin Azərbaycanda mövqeyini möhkəmləndirmək niyyətindədir.

 

4960 kvadrat metr sahəsi olan müasir mərkəz, "Jaguar Land Rover" brendinin bütün dünyada "Jaguar Land Rover" pərakəndə satış (riteyl) sahələrinə uyğun olan yeni korporativ üslubunu əks etdirən qlobal ARCH standartı əsasında inşa edilib. Bu standart müştərilərə ən yüksək səviyyəli müştəri təcrübələrinin yaşadılması üçün canlı və qonaqpərvər ab-havanı gözoxşayan memarlıq və heyrətamiz dizayn konsepsiya ilə bir araya gətirir.

 

"Jaguar Land Rover" MENA-nın regional diler şəbəkəsinin inkişafı üzrə direktoru Justin Weaving yeni avtosalonun açılması haqqında fikirlərini bildirdi: "Yerli pərakəndə satış (riteyl) tərəfdaşımızın göstərdiyi böyük səylərin sayəsində "Jaguar Land Rover" brendi Azərbaycan bazarında yerini möhkəmləndirir. “Avtolüks Azərbaycan” MMC-nin  ölkədə bu cür möhtəşəm "Jaguar Land Rover ARCH" mərkəzini açması ilə qürur duyuruq. Bu mərkəz brendimizin illər boyunca hər zaman xidmət standartlarının mükəmməlliyinə doğru can atmasından xəbər verir".

 

Açılış mərasimində “Avtolüks Azərbaycan” şirkətinin baş direktoru Mark Pocock bildirib: “Biz Azərbaycanın avtomobil sənayesinin nüfuzlu və etibarlı nümayəndəsiyik, çünki biz hər zaman tələbkar müştərilərimizə ən yüksək keyfiyyətli məhsul və xidmətlər təqdim etməyə çalışmışıq.

 

Yeni açılmış mərkəzimiz "Jaguar Land Rover" xidmət keyfiyyəti standartlarını yeni zirvələrə qaldırır və bu brendi seçmiş sürücülərə lüks avtomobilə layiq olan təcrübə yaşadır. Mərkəzimizdə "Jaguar" və "Land Rover" avtomobillərini dərindən bilən və anlayan ekspert komandası satış və satışsonrası xidmətlərin tam çeşidini əhatə edən kompleks xidmətlər təqdim edir"

 

Yeni "Jaguar Land Rover" avtosalonu "Land Rover" brendinin Range Rover, Range Rover Sport, Range Rover Velar, Range Rover Evoque, Land Rover Discovery və Land Rover Discovery Sport və "Jaguar" brendinin XJ, XF, XE, F-PACE, E-PACE və F-TYPE avtomobilləri daxil olmaqla hər iki brendin ən yeni avtomobillərinin geniş çeşidini müştərilərinə təqdim edir.

 

Yeni mərkəzdə hər iki brendin yaxşı vəziyyətdə olan ikinci əl avtomobillərinin ayrıca satış salonu, orijinal məhsullar və aksesuarların satışı üçün xüsusi sahə də fəaliyyət göstərəcək.

 

“Avtolüks Azərbaycan” şirkətinin Bakıdakı yeni "Jaguar Land Rover" mərkəzi martın 1-dən fəaliyyətə başlayıb. Mərkəzdə avtomobillərin satışı bazar ertəsi - bazar günləri, saat 10:00-dan 19:00-ə kimi, satış sonrası xidmətlər və ehtiyat hissələrinin satışı isə bazar ertəsi - bazar günləri, saat 09:00-dan 18:00-ya kimi həyata keçiriləcək.

 

Hər hansı əlavə məlumat almaq üçün +994 12 983 nömrəsinə zəng edə və ya        www.landrover-azerbaijan.comwww.jaguar-azerbaijan.com  internet saytlarına nəzər sala bilərsiniz.

“Avtolüks Azərbaycan” MMC haqqında:

“Avtolüks Azərbaycan” MMC dünyanın ən məşhur avtomobillərini Azərbaycan istehlakçısına təqdim etmək üçün 2012-ci ildə təsis edilmişdir. Şirkət ilk öncə milyonların arzusu olan Ferrari brendini Bakı sakinlərinə təqdim etməklə fəaliyyətə başlamış, eləcə də hələ super idman avtomobilini əldə etmək imkanından uzaq olan fanatların da özlərini brendin bir hissəsi kimi hiss etməsi üçün avtomobillərlə birlikdə Ferrari Mağazasını da şəhərimizə gətirmişdir. Şirkətin ikinci uğuru daha bir İtalyan nəhəngi olan Lamborghini və Collezione Automobili Lamborghini avtomobil brendlərinin Azərbaycanda rəsmi dileri olmasıdır. Brend portfelinə Aston Martin brendini də daxil edən “Avtolüks Azərbaycan” 2017-ci ildə “FCA Group”a aid olan Abarth, Alfa Romeo, Chrysler, Dodge, Fiat, Fiat Professional və Jeep avtomobillərinin də rəsmi təmsilçisinə çevrilmişdir. Müştərilərin rahatlığı üçün şirkətin bütün avtosalonları və texniki xidmət mərkəzləri şəhərin tam mərkəzində yerləşir. 160-dən artıq əməkdaşı olan şirkətin bütün usta heyəti ən yüksək brend standartlarına müvafiq olaraq təlim keçir və ən son yeniliklərlə tanış olmaq üçün mütəmadi olaraq istehsalçının təlim proqramlarına və istehsal obyektlərinə ezam olunur. Avtolüks Azərbaycan brend siyahısını daim genişləndirməkdə və xidmət keyfiyyətini bir nömrəli prioritet olaraq saxlamaqda qərarlıdır.

 

Ətraflı məlumat üçün www.autolux-azerbaijan.com saytına daxil ola bilərsiniz.

 

"Jaguar Land Rover" MENA haqqında

"Jaguar Land Rover" Birləşmiş Krallığın iki nüfuzlu avtomobil brendini birləşdirən ən böyük avtomobil istehsalçısıdır. Şirkət 2018-ci il də "Jaguar Land Rover" 128 ölkədə 592 708 avtomobil satmışdır.

04.03.2019 13:40

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ