Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Hazır binadan mənzil alan müştərilərə 8 % endirim təklif olunur

iç səhifə xəbər başlığı altı (mobil)_31
Hazır binadan mənzil alan müştərilərə 8 % endirim təklif olunur

(®) Azərbaycanın inşaat sektorunda özünəməxsusluğu ilə seçilən Huner Group-dan sevindirici xəbər. 8 Mart Beynəlxalq Qadınlar Günü və Novruz bayramı ilə əlaqədar hazır binadan mənzil alan müştərilərə 8 % endirim təklif olunur.

 

Kampaniya Huner Group-un inşaat layihələrindən biri olan Park Tower - Baku White City yaşayış kompleksində yerləşən mənzillər üçün nəzərdə tutulub. Tikintisi tamamlanan yaşayış kompleksi Bakı Ağ Şəhər-in baş planına uyğun olaraq layihələndirilib. Kompleksin müasir üslublu arxitektura konsepsiyası mühəndis və memarlıq layihələndirilməsi üzrə dünyanın tanınmış şirkəti ATKINS tərəfindən hazırlanıb.


Park Tower yaşayış kompleksi Bakının ən iri parklarından biri olan Nizami Parkının önündə, Bulvar prospektini əhatəyə alan Park rayonunda yerləşir. Dəniz səviyyəsindən 25 metr yüksəklikdə yerləşməsi Nizami Parkına, yaraşıqlı Sahilyanı rayona və Bakı buxtasına açılan dəniz mənzərəsini təmin edir. Park Tower yaşayış kompleksinin əlverişli yerləşməsi Nobel prospektinə rahat çıxış imkanı verir, oradan da eyniylə həm şəhərin mərkəzinə, həm də Heydər Əliyev Beynəlxalq Hava Limanına getməyi asanlaşdırır.


Ümumilikdə 20 000 m2 ərazini əhatə edən kompleksin 2 yeraltı mərtəbəsində 97 maşının dayanması üçün nəzərdə tutulan geniş parkinq sahəsi yerləşir. Binanın 1-ci mərtəbəsində reseption xidməti ilə təmin olunmuş 186 m2-lik geniş vestibül məkanın ümumi gözəlliyinə rəng qatır. 3-cü mərtəbədə yerləşən 2 000 m2-lik açıq park sahəsi isə binada yaşayan sakinlərin rahat istirahəti üçün nəzərdə tutulub. Burada uşaqlar üçün atraksion, oyun meydançası və şahmat sahəsi yerləşdirilib.


20 mərtəbəli kompleksin hər mərtəbəsində 5 ədəd olmaqla ümumilikdə 84 mənzil ən müasir standartlara uyğun olaraq hazırlanıb. Mənzillər 2 otaqlı (64 m2), 3 otaqlı (162 m2), 4 otaqlı (190 m2) və 5 otaqlı (227 m2) olmaqla 4 tipdədir. Qeyd edək ki, Park Tower yaşayış kompleksinin tikintisi tamamilə yekunlaşıb və mənzillər təmirə hazır vəziyyətdədir.


Təklif 31 mart 2019-cu il tarixinə qədər keçərlidir.

06.03.2019 04:30

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ