Hektardan 30-40 ton kartof götürə bilirlər
Artıq bir neçə gündür Tovuzda kartof əkininə başlanılıb. Təsərrüfatçılar bildirirlər ki, cücərdilib əkilən kartof bitkisindən hava mülayim keçərsə və suvarma suyu bol olarsa, yüksək məhsuldarlıq əldə etmək mümkündür. Dövlət tərəfindən göstərilən qayğı, gübrələrin güzəştli satışı fermerlərin işini xeyli asanlaşdırıb və kartofçuluğa marağı bir qədər də artırıb.
Fermer Teymur İbrahimov bildirib ki, indi kartof əkininin qızğın çağıdır: “Hamı əkinlə məşğuldur. Əkdiyimiz kartof toxumuna bizim dağ kəndlərində “Göyrüşyarpaq” deyilir, Gədəbəydə də “Qəzənfər” sortu adlandırılır. Çox məhsuldar sortdur. Əsasən bu sortdan istifadə edirik. Yaxşı qulluq etdikdə hektardan 30-40 ton məhsul götürmək mümkündür”.
Fermerlər sahəyə əsasən Tovuzun və Gədəbəyin ucqar dağ kəndlərindən 40-50 qəpiyə aldıqları kartof toxumlarını əkirlər. Onlar bir hektara çəkilən xərcdən bir neçə dəfə çox gəlir götürdüklərini bildirirlər. Hava şəraitinin normal keçməsi isə səpini uğurla aparmağa imkan verir.
Hazırda rayonun Qovlar şəhərində, Düz Qırıqlı, Əyyublu, Dönük Qırıqlı, Aşağı Quşçu kəndlərində kartof əkini davam edir.
Qeyd edək ki, ötən il tovuzlu fermerlər 8197 hektar sahədən 178 min 635 ton məhsul götürüblər.
© Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
51 d. əvvəl
Yerli brend kişilərdən ibarət Azərbaycan milli komandasının sponsoru oldu - ANLAŞMA
- 1 saat əvvəl
-
1 saat əvvəl
Qusar meşəsində villa tikmək üçün ağaclar kəsilib? - Rəsmi açıqlama
- 1 saat əvvəl
-
1 saat əvvəl
İyunda Sofiya ilə Bakı arasında birbaşa aviareyslər təşkil ediləcək
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Əliyev və Radev mətbuata bəyanatlarla çıxış ediblər - TAM MƏTN
- 2 saat əvvəl
- 2 saat əvvəl