Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Şəkidə yeni hava limanı inşa ediləcək

iç səhifə xəbər başlığı altı (mobil)_31
Şəkidə yeni hava limanı inşa ediləcək

"Azərbaycan Hava Yolları" (AZAL) QSC 2022-2023-cü illərdə Şəki şəhərində yeni hava limanı inşa etməyi planlaşdırır. Bu barədə hökumətdən məlumat verilib.

 

Reklam_3_11

"Hazırda Şəki hava limanı yalnız bütün növ helikopterləri qəbul edə və göndərə bilir. Bununla belə, hava limanının fəaliyyətinin tam həcmdə bərpası (təyyarələrin qəbulu üçün) mümkünlüyü nəzərdən keçirilir. "Azərbaycan Hava Yolları" QSC-nin 2018-2025-ci illəri əhatə edən Strateji İnkişaf Planına əsasən 2022-2023-cü illərdə Şəkidə yeni hava limanının inşası planlaşdırılır", - deyə məlumatda qeyd olunur.

 

Bu layihənin həyata keçirilməsi dövlət büdcəsindən maliyyələşdirilmə hesabına mümkün olacaq.

 

"Əvvəlcə ən yaxın Qəbələ və Zaqatala beynəlxalq hava limanları vasitəsilə Şəki şəhərindən və ona bitişik yaşayış məntəqələrindən sərnişin daşımaları və regiona turist axını göstəricilərini öyrənmək lazımdır", - deyə məlumatda vurğulanır.

 

Hazırda Azərbaycanın müxtəlif bölgələrində 6 beynəlxalq hava limanı fəaliyyət göstərir.

06.03.2019 16:21

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ