Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Banklarda Dollar düşməkdə davam edir

iç səhifə xəbər başlığı altı (mobil)_31
Banklarda Dollar düşməkdə davam edir

13:50

Banklarda Dolların satış qiyməti aşağı düşməkdə davam edir.

 

“Marja” xəbər verir ki, Bank BTB Dolların satış qiymətinin 1.79 manatdan 1.7850 manata, Nikoyl Bank alışı 1.73 manatdan 1.72 manata, satışı isə 1.79 manatdan 1.78 manata endirib.

 

Qeyd edək ki, artıq əksər banklarda Dolların satış qiyməti  1.80 manatdan aşağı düşüb və Dolları 1.7765-1.79 manat səviyyələrindən satırlar.

 

Qeyd edək ki, Dolları ən aşağı qiymətə satan banklar GünayBank (1.7770) və UniBankdır (1.7765). Hər iki Bankdan Dollar almaq mümkündür.

 

10:00 XXX

 

Dünən hərracda manatın orta çəkili məzənnəsinin artmasına baxmayaraq, bu gün də banklarda Dollar ucuzlaşır.

 

“Marja” xəbər verir ki, “AtaBank” Dolların alış qiymətini 1.75 manatdan 1.74 manata, satışı isə 1.7950 manatan 1.79 manata, NikoylBank alışı 1.74 manatdan 1.73 manata, satışı isə 1.7950 manatdan 1.79 manata, Bank Silk Vey satış qiymətini 1.78 manatdan 1.7760 manata, AFB Bank Dolların satış qiymətini 1.80 manatdan 1.79 manata, AG Bank satış qiymətini 1.82 manatdan 1.7950 manata endirib.

 

KapitalBank Dolların alış qiymətini 1.7485 manatdan 1.75 manata qaldırıb, satış qiyməti isə isə olduğu kimi - 1.81 manatda saxlanılıb.

 

UniBank Dolların alış qiymətini 1.7515 manatdan 1.7540 manata qaldırıb isə satışı isə 1.7765 manatda qalır. UniBank limitsiz Dollar satır.

 

Qeyd edək ki, Mərkəzi Bank depozit hərracları və not buraxılışları ilə dövriyyədəki manat kütləsini azaldır. Bu gün bazarda ciddi Manat qıtlığı his olunur. Manatın azalması Dolların qalxmasına imkan vermir. Banklar Manat əldə etmək üçün əllərində olan Dollarları satmaqda maraqlıdırlar.

03.03.2017 10:54

Müştərilərin xəbərləri

Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ