Azərbaycan sığortaçıları zərərliliyin azaldılması üçün tədbirləri müzakirə edirlər
Azərbaycanın sığorta şirkətləri avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə zərərliliyin azaldılması üçün tədbirləri müzakirə edir.
Bu barədə sığorta sektorundakı mənbə məlumat verib.
"Son illər AVSMMİS üzrə zərərlilik artır və bəzi sığorta şirkətlərində artıq 120% təşkil edir. Bu məsələ bütün şirkətlərdə narahatlıq doğurur və onlar sözügedən məsələnin müxtəlif həll variantlarını təklif edir", - deyə mənbə bildirib.
Onun sözlərinə görə, problemin mümkün həlli yollarından biri Gürcüstan modeli ola bilər. Bu modeldə sığorta agentləri qismində vasitəçilər yoxdur. "Bir neçə imkan var. İlk növbədə, agentlər üçün komissiyanın azaldılması variantı nəzərdən keçirilir. Lakin bu məsələdə razılığa gəlmək çətindir. Həmçinin AVSMMİS müqavilələrinin satışı zamanı agentlərin xidmətindən imtina edilməsi təklif olunur”, - deyə mənbə qeyd edib.
İcbari Sığorta Bürosunun (İSB) üzvü olan sığorta şirkətləri 2018-ci ildə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta haqqı yığımını 2017-ci illə müqayisədə 3,1% - 95 mln. 440,5 min manatadək (hesabat dövründə sığortaçıların sığorta haqlarının 13,1%-i) artırıb.
2018-ci il ərzində sığortaçılar tərəfindən AVSMMİS üzrə 53 mln. 505,2 min manat (artım 19,5%) və ya hesabat dövründə sığortaçıların bütün ödənişlərinin 22,3%-i həcmində ödəniş həyata keçirilib.
PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!
© “İnterfaks-Azərbaycan”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 6 saat əvvəl
-
8 saat əvvəl
Bakı Fond Birjası “2024-2026-cı illər üzrə Strateji İnkişaf Planı”nı təqdim etdi
- 9 saat əvvəl
-
9 saat əvvəl
SOCAR və “Qazprom”un prezidentləri qaz sahəsində əməkdaşlığı müzakirə edib
-
9 saat əvvəl
“Rox Motor” avtomobil brendi artıq rəsmi olaraq Azərbaycanda!
-
9 saat əvvəl
Sahəsi 2 hektar olan qum-çınqıl yatağı cəmi 14 min manata şirkətin istifadəsinə verildi
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
"Əlavə sərmayə qoyuruq ki, Avropa ölkələrini qaz təchizatı məsələsində dəstəkləyək"
-
10 saat əvvəl
bp şirkəti Dərinsulu Günəşli platformasında hasilatı müvəqqəti dayandırır
- 10 saat əvvəl