Bakcell abunəçiləri “Instagram”dan pulsuz istifadə edə bilərlər
Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcellşirkəti öz abunəçiləri üçün növbəti unikal internet təklifini təqdim edir. Bundan sonra smartfonu olan bütün Bakcell abunəçiləri eksklüzivInstagrampaketləri ilə“Instagram”dan pulsuz istifadə edəcəklər. Paketlər həm fakturasız, həm də fakturalı xətt abunəçiləriüçün təklif olunur.
Yeni Instagram paketlərinəinternetdə istənilən məqsədlər üçün istifadə olunan əsastrafikhəcmi (MB)və xüsusi bonus – Instagram istifadəsi üçün pulsuz trafik daxildir. “Instagram”danpulsuz istifadə üçün verilən trafik həcmi (MB) əsas internet həcminə bərabər olacaq və abunəçilərə əsas trafikdən istifadə etmədən müxtəlif şəkil və videolar yükləməyə və xəbər lentini nəzərdən keçirməyə imkan verəcək.
Əsas paketdə təqdim edilən trafik tükəndikdən sonra, əlavə hər 1 MB üçün xidmət haqqı 0.05 AZN təşkil edəcək.
Yeni paketlərin üstünlükləri və aktivləşdirmə kodları aşağıdakı cədvəldə əks olunub:
Əsas paket | Instagramtrafiki | Aktivləşdirmə kodu | Qiymət (ƏDV daxil) |
1 GB | + 1 GB | *134*11#YES | 6 AZN/aylıq |
2 GB | + 2 GB | *134*22#YES | 8 AZN/ aylıq |
3 GB | + 3 GB | *134*33#YES | 10 AZN/ aylıq |
5 GB | + 5 GB | *134*55#YES | 12 AZN/ aylıq |
iOS, Android, Windows, Blackberry və digər əməliyyat sistemləri ilə çalışan bütün smartfon istifadəçiləri yuxarıdakı təklifdən faydalana bilər. Qiymətlərə bütün müvafiq vergilər daxildir.
Yeni Instagram trafikini yoxlamaq üçün Bakcell abunəçiləri sadəcə *134*559#YES yığmalıdır. Onlar həmçinin *134*555#YES yığmaqla paketi yenidən əldə edə və ya *134*0#YES yığmaqla xidməti deaktivasiya edə bilər.
Abunəçinin balansında kifayət qədər məbləğ olduğu halda, yeni “Instagram” paketləri hər ay avtomatik qaydada yenilənəcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 saat əvvəl
-
7 saat əvvəl
Bakı Fond Birjası “2024-2026-cı illər üzrə Strateji İnkişaf Planı”nı təqdim etdi
- 7 saat əvvəl
-
7 saat əvvəl
SOCAR və “Qazprom”un prezidentləri qaz sahəsində əməkdaşlığı müzakirə edib
-
7 saat əvvəl
“Rox Motor” avtomobil brendi artıq rəsmi olaraq Azərbaycanda!
-
7 saat əvvəl
Sahəsi 2 hektar olan qum-çınqıl yatağı cəmi 14 min manata şirkətin istifadəsinə verildi
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
"Əlavə sərmayə qoyuruq ki, Avropa ölkələrini qaz təchizatı məsələsində dəstəkləyək"
-
8 saat əvvəl
bp şirkəti Dərinsulu Günəşli platformasında hasilatı müvəqqəti dayandırır
- 8 saat əvvəl