Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Azərbaycan Rusiyadan xaşa toxumu alıb - FERMERLƏRƏ TƏKLİF OLUNUR

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycan Rusiyadan xaşa toxumu alıb  - FERMERLƏRƏ TƏKLİF OLUNUR

Dövlət Toxum Fondu tərəfindən Rusiya Federasiyasından “Pesçanıy 1251” sortlu, birinci reproduksiyalı xaşa toxumu idxal olunub.

 

Reklam_3_11

Kənd Təsərrüfatı Nazirliyindən “Marja”ya daxil olmuş məlumata görə. bu bitki sortunun toxumları ölkənin iqlim şəraitinə daha çox uyğun olmaqla yanaşı, quraqlığa davamlı və yüksək məhsul vermək xüsusiyyətinə malikdirlər. İdxal edilmiş toxumlar Şəki şəhərində yerləşən anbardan fermerlərə təklif olunur.

 

 

Fond tərəfindən təklif olunan bu toxumlar artıq Sabirabad, İsmayıllı, Quba və Saatlı rayonlarında fəaliyyət göstərən arıçılar və fermerlər tərəfindən əldə olunub. Satışı həyata keçirilən toxumların müşayətedici sənədləri və toxumluq olması barədə sertifikatları da var. Bu da onların əkin keyfiyyətinin yüksək olması ilə yanaşı, gələcəkdə toxumçular tərəfindən istehsal olunan məhsulun toxum kimi istifadəsinə imkan yaradır.

 

TƏK ŞƏXSİYYƏT VƏSİQƏSİLƏ 15 DƏQİQƏYƏ KREDİT!

 

Xaşa bitkisi ölkənin suvarılan aran və dağətəyi rayоnlarında dəmyə şəraitində əkilən çoxillik bitkidir. Bu bitkinin tərkibinin protein, zülal və mineral maddələrlə zəngin olması, heyvandarlıqda onun yem kimi istifadəsini çox əlverişli edir. Xaşa bitkisi, həmçinin torpaq münbitliyinə istisna təsir göstərdiyi üçün dənli və başqa kənd təsərrüfatı bitkilərinin əkinində ən yaxşı sələf funksiyasını yerinə yetirir. Bununla yanaşı, bu bitki nektar ifraz etməklə baltutan nektar mənbəyi sayılır və arıçılar tərəfindən geniş istifadə olunur.

13.03.2019 07:32

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ