Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

Nissan-ın premium markasından sürpriz qərar - 13 ÖLKƏDƏN ÇIXIR

iç səhifə xəbər başlığı altı (mobil)_31
Nissan-ın premium markasından sürpriz qərar - 13 ÖLKƏDƏN ÇIXIR

Nissan-ın premium markası İnfiniti, sürpriz bir qərara imza ataraq Qərb Avropa bazarından çıxacağını açıqlayıb.  2020-ci ildən etibarən markanın 13 Avropa ölkəsindəki satışları dayandırılacaq.

 

"Marja" xəbər verir ki, şirkətdən verilən açıqlamada, "İnfiniti və Nissan uzunmüddətli planlarını yenidən nəzərdən keçirməkdədir. Qarşıdakı illərdə Şimal Amerika bazarına uyğun SUV modellərinə üstünlük veriləcək. Gələcək 5 il ərzində Çində beş yeni model satışa təqdim etməyi planlaşdırırıq" ifadələrinə yer verilib.

 

İnfinitinin elektrikli avtomobil planları istiqamətində isə, 2021-ci ildən etibarən dizel avtomobil satışını da dayandıracağı məlumatı verilib.

 

 

AVROPANIN ŞƏRQİNDƏ SATIŞLAR SÜRƏCƏK

 

Qərb Avropadan çıxacaq İnfiniti, qitənin şərqindəki fəaliyyətlərinə isə davam edəcək. Şirkətin, Şərq Avropa, Orta Şərq və Asiya bazarlarındakı əməliyyatların davam edəcəyi qeyd edilib.


İngiltərədəki Sunderland zavodunda istehsalın 2019-un yay aylarından etibarən dayandırılacağı da açıqlanıb. Hal-hazırda bu zavodda Q30 və QX30 modelləri istehsal edilir.

 

TƏK ŞƏXSİYYƏT VƏSİQƏSİLƏ 15 DƏQİQƏYƏ KREDİT!

 

İnfinitinin 2020-dən etibarən əməliyyatları dayandıracağı ölkələr: Avstriya, Belçika, Bolqarıstan, Çexiya, Fransa, Almaniya, Macarıstan, İtaliya, Luksemburg, Hollandiya, Polşa, İsveçrə və Böyük Britaniya.

13.03.2019 09:36

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ