Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

PAŞA Bankın tərəfdaşlığı ilə beynəlxalq BAFT seminarları keçirildi

iç səhifə xəbər başlığı altı (mobil)_31
PAŞA Bankın tərəfdaşlığı ilə beynəlxalq BAFT seminarları keçirildi

(®)  Azərbaycanın aparıcı korporativ Bankı – PAŞA Bank Bakıda keçirilmiş “Ticarətin maliyyələşdirilməsi” və “Maliyyə sahəsində Komplayns” adlı seminarların təşkilində tərəfdaş qismində çıxış etmişdir.

 

Reklam_3_11

Tədbir Maliyyə və Ticarət üzrə Banklar Assosiasiyası (BAFT) tərəfindən təşkil olunmuşdur. 70-dən çox şəxsin iştirakı ilə keçirilən seminarda PAŞA Bankı İdarə Heyətinin üzvü, Baş Maliyyə İnzibatçısı Bəhruz Nağıyev və Bankın Hüquq və Komplayns departamentinin baş mütəxəssisi Aynura İsmayılzadə təmsil etdilər.

 

Tədbir əsnasında beynəlxalq ekspertlər və iştirakçılar tərəfindən bank zəmanətlərinin təmin edilməsi, maliyyə cinayətləri ilə mübarizə, sənədli əməliyyatların təmin edilməsi və s. kimi aktual məsələlər müzakirə edilmişdir. Bununla yanaşı, risklərin idarə edilməsi, blockchain texnologiyasının inkişafı kimi sahələrində mütərəqqi meyllərə dair məlumatlar təqdim edilmiş, komplaynsa nəzarət ilə bağlı ən əlverişli təcrübələr və yerli bazarda müvafiq beynəlxalq təcrübənin tətbiqi imkanları müzakirə edilmişdir.

13.03.2019 13:38

Müştərilərin xəbərləri

Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ