Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

"Muğanbank" 3 nəfərin 183 700 dollarını mənimsəyib? - AÇIQLAMA

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Muğanbank" 3 nəfərin 183 700 dollarını mənimsəyib? - AÇIQLAMA
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

“Muğanbank” ASC Bakı şəhər sakinləri Abbas Məmmədov, Vüqar Eyvazov və Eldar İsmixanovun bankda əmanətlərinin olmadığını bəyan edib.

 

Reklam_3_11

Bankdan verilən məlumatda bildirilir ki, A.Məmmədov, V.Eyvazov və E.İsmixanovun “Muğanbank” ASC-nin “Dostluq” filialında nəinki əmanət, ümumiyyətlə, heç bir hesabı yoxdur və olmayıb:

 

"Hər bir vətəndaş banka gəlib istənilən xidmətdən (kommunal ödənişlər, pul köçürmələri və s.) istifadə edə bilər və bu zaman müşahidə kameralarına da düşə bilər. Bu zaman məsul şəxslərin və işçilərin öz iş yerlərində olub vəzifələrini icra etmələri normal haldır.

 

 Hər hansı bir vətəndaşın “Muğanbank” ASC-nin “Dostluq” filialının keçmiş xəzinədarı Azad Əliyevlə şəxsi münasibətləri və əlaqələri olubsa, bunun banka aidiyyəti yoxdur və bank buna görə heç bir məsuliyyət daşımır".

 

Xatırladaq ki, bundan əvvəl Bakı şəhər sakinləri Abbas Məmmədov, Vüqar Eyvazov və Eldar İsmixanov Azərbaycanda fəaliyyət göstərən "Muğanbank" ASC-dən Baş prokuror Zakir Qaralova müraciət edib.

 

Müraciətdə qeyd olunub ki, "Muğanbank" ASC onlara məxsus 183 700 ABŞ dollarını mənimsəyib.

 

© Trend

 

03.03.2017 14:07

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ