Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Tramp Boeing 737 Max 8 və 9 təyyarələrinin uçuşunu qadağan etdi

iç səhifə xəbər başlığı altı (mobil)_31
Tramp Boeing 737 Max 8 və 9 təyyarələrinin uçuşunu qadağan etdi

ABŞ Prezidenti Donald Tramp, ABŞ-ın da Boeing-ə aid 737 Max 8 və Max 9 model təyyarələrin uçuşunu qadağan etdiyini açıqlayıb.
 

TƏK ŞƏXSİYYƏT VƏSİQƏSİLƏ 15 DƏQİQƏYƏ KREDİT!

 

"Marja" xəbər verir ki, Tramp verdiyi açıqlamada, həmin modellərin son beş ay ərzində ikinci dəfə qəza etməsi səbəbilə qadağan olduğunu bildirib. Tramp Boeing-in əla bir şirkət olduğunu və şirkətdən cavab gözlədiyini bildirib.
 

ABŞ Prezidenti Tramp, Ağ Evdə mətbuat nümayəndələrinə verdiyi açıqlamada, ikinci bir əmrə qədər Boeing 737 Max 8 və Max 9 tipi təyyarələrin yerə endirilməsinə qərar verdiklərini deyib. Tramp, sözügedən qərarın ABŞ Aviasiya Administrasiyası (FAA) tərəfindən dərhal icra olunacağını bildirib.


 

Tramp, "Bu məsələni şansa buraxmaq istəmədim. Doğru olan şeyi etdiyimizi hiss edirik. Amerika xalqının və hər kəsin təhlükəsizliyi ən əsas prioritetimizdir. Ümid edirəm ki, (Boeing) qısa zamanda cavablarını təqdim edəcəklər, ancaq o vaxta qədər təyyarələri yerdə olacaq", - ifadələrini istifadə edib.

14.03.2019 04:34

Müştərilərin xəbərləri

Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ