Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

"Boeing"dən "737 Max" açıqlaması

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Boeing"dən "737 Max" açıqlaması
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

"Boeing":  737-8 Max və 737-9 Max təyyarələri üçün yeni proqram yenilənməsi hazırlanıb


  
"Boeing" şirkəti, İndoneziya və Efiopiyadakı təyyarə qəzalarından sonra Boeing 737-8 Max və 737-9 Max təyyarələrinin bütün uçuşlarının bir çox ölkə və hava yolu şirkəti tərəfindən dayandırılması ilə bağlı açıqlama yayıb. 
 

"Marja" xəbər verir ki, açıqlamada, uçuş təhlükəsizliyinin bütün "Boeing" işçiləri üçün təməl bir dəyər olduğu vurğulanıb.
 

"Təyyarələrimizin, müştərilərimizin, sərnişinlərimizin və pilotların təhlükəsizliyi daim birinci prioritetimizdir", - ifadələrinin yer aldığı açıqlamada, 737 Max-ı istedadlı işçilərin hazırladığı, istehsal etdiyi və dəstək təmin etdiyi etibarlı bir təyyarə olduğu bildirilib.
 

Açıqlamada, "Boeing"in, İndoneziyada "Lion Air"in təyyarəsinin qəza keçirməsinin ardından, son bir neçə aydır ki, onsuz da etibarlı olan bir təyyarəni daha da təhlükəsiz hala gətirmək üçün bir uçuş nəzarət proqram yenilənməsi hazırlandığı qeyd edilib. 

 

TƏK ŞƏXSİYYƏT VƏSİQƏSİLƏ 15 DƏQİQƏYƏ KREDİT!

 

Sözügedən proqram yenilənməsi gələcək həftələrdə bütün 737 Max donanmasına yüklənməsi üçün yayımlanacaqdır. Proqram yenilənməsini bütün hava yollarının tətbiq etməsi məcburi olacaqdır.

 

 "Boeing Max" təyyarələrinin proqram təminatında qüsur olduğuna görə qəza etdikləri bildirilir.

 

14.03.2019 05:00

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ