Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

“Azər Türk Bank”dan şirkət və fərdi sahibkarlar üçün bayram kampaniyası

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Azər Türk Bank”dan şirkət və fərdi sahibkarlar üçün bayram kampaniyası

(®) Azər Türk Bank "Korporativ müştərilər üçün Novruz sevinci!"  adlı yeni bayram kampaniyasına başlayıb.

 

Reklam_3_11

Kampaniyanın şərtlərinə uyğun olaraq Bankda korporativ müştərilər üçün cari hesablar ödənişsiz açılacaqdır. Kampaniya ərzində Azər Türk Bankla əməkhaqqı layihəsi çərçivəsində əməkdaşlığa başlayan təşkilatlara işçiləri üçün üçillik xidmət müddətli MasterCard Debet əməkhaqqı kartları Bank tərəfindən, sayına məhdudiyyət qoyulmadan, pulsuz veriləcəkdir. Həmçinin, həmin təşkilatların rəhbər şəxslərinə Premium seqmentli əmək haqqı kartları hədiyyə ediləcəkdir.

 

Eləcə də fərdi sahibkar olan müştərilər Azər Türk Bankda cari hesablarını ödənişsiz aça biləcəklər. Bu müştərilərə də işçiləri üçün üçillik xidmət müddətli MasterCard Debet əməkhaqqı kartları Bank tərəfindən pulsuz veriləcəkdir. Bundan əlavə, kampaniya müddətində cari hesab açan fərdi sahibkarlara bütün bank əməliyyatlarını məsafəli şəkildə aparmağa imkan verən Sahibkar Kartı  hədiyyə edilir.

 

Korporativ müştərilər cari hesab hərəkətləri barədə mobil telefona və e-poçt ünvanına elektron bildirişlərin göndərilməsi xidmətinə də qoşula bilərlər. Xidmət haqqı aylıq bir manatdır.

 

Kampaniya ərzində POS-terminallarının quraşdırılması və əməliyyatların aparılması üzrə komisyon haqqı tutulmayacaqdır.

 

Qeyd edək ki, Azər Türk Bankın müştəriləri əməkhaqqı kartları ilə ölkə daxilində istənilən bankın bankomatından vəsaitlərini çəkdikləri zaman faiz və ya komissiya tutulmur.

 

Kampaniya 30 aprel tarixinədək davam edəcəkdir.

 

Daha ətraflı məlumatı  www.azerturkbank.az saytından, Bankın sosial şəbəkələrdəki rəsmi korporativ səhifələrindən, Whats App (055) 7770-945, yaxud (012) 945 nömrəli Məlumat Mərkəzindən əldə edə bilərsiniz.

14.03.2019 10:13

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ