Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

İcbari tibbi sığorta ilə Mingəçevir və Yevlaxda nələr dəyişdi? - AGENTLİKDƏN İLLİK HESABAT

iç səhifə xəbər başlığı altı (mobil)_31
İcbari tibbi sığorta ilə Mingəçevir və Yevlaxda nələr dəyişdi? - AGENTLİKDƏN İLLİK HESABAT
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) 2018-ci il üzrə fəaliyyətinə dair hesabatını açıqlayıb.

 

Reklam_3_11

Agentlikdən "Marja"ya daxil olmuş məlumata görə, illik hesabatda Agentliyin tabeliyinə verilən tibb təchizatçılarında həyata keçirilən yeniliklər, pilot layihənin göstəriciləri üzrə nəticələr, tibbi statistik göstəricilər, icbari tibbi sığorta (İTS) sahəsində görülən işlər barədə məlumatlar öz əksini tapmışdır.

 

Məlumat üçün bildirək ki, pilot layihə çərçivəsində İTS-nin tətbiqinə Mingəçevir şəhərində və Yevlax rayonunda 01 yanvar 2017-ci il, Ağdaş rayonunda isə 16 fevral 2018-ci il tarixlərindən etibarən başlanılıb. Layihə müddətində əhalidən sığortahaqqı toplanılmayıb.

 

Hesabat dövrü ərzində pilot ərazilərdə sığortaolunanların sayı 340 min 600 nəfər təşkil etmişdir.

 

Agentlik pilot layihə müddətində qarşısına qoyduğu hədəflərə çatmaq məqsədilə müvafiq tədbirlər həyata keçirmişdir. Belə ki, Agentliyin tabeliyinə verilmiş tibb təchizatçılarının ümumi əməkhaqqı fondu artırılmış, maddi-texniki bazası, dərman preparatları və tibbi sərfiyyat vasitələri üzrə təchizatı yaxşılaşdırılmışdır. Pilot layihənin göstəriciləri onu deməyə əsas verir ki, səhiyyə sahəsində nəzərəçarpacaq dərəcədə irəliləyişə nail olunmuş, Mingəçevir şəhər və Yevlax rayon Mərkəzi Xəstəxanalarında çalışan tibb işçilərinin iş şəraitləri (70%) və əməkhaqları (63%) ilə bağlı məmnunluqları yüksəlmişdir.

 

Pilot ərazilərdə yaşayan sığortaolunanlar və məcburi köçkünlər baza zərfi çərçivəsində ödənişsiz tibbi xidmətlərlə təmin edilmiş, əhalinin səhiyyə xərcləri ilə bağlı maliyyə yükü xeyli azaldılmışdır. Nəticədə göstərilən xidmətlərdən məmnunluq və tibbi xidmətlərə əlçatanlıq səviyyəsi əhali arasında müvafiq olaraq 87% və 77% (Mingəçevir şəhər və Yevlax rayonu üzrə göstəricilər ümumiləşdirilmişdir), Ağdaş rayonu üzrə isə müvafiq olaraq 90% və 62% təşkil etmişdir. 

 

Pilot ərazilərdə fəaliyyət göstərən tibb təchizatçılarının fəaliyyətinin optimallaşdırılması məqsədilə bir sıra tədbirlər görülmüşdür. Belə ki, 2016-cı il ilə müqayisədə çarpayıda keçirilən günlərin orta sayı 11,7-dən 4,6-ya qədər azalmışdır. Bundan əlavə, 2018-ci ildə Ağdaş rayonundakı tibb təchizatçılarının çarpayı fondu optimallaşdırılmış və çarpayıların sayı 370-dən 170-ə enmişdir.

 

2018-ci ildə pilot ərazilərdə həkimə gəlişlərin sayı 1,1 milyon, evə yazılan xəstələrin sayı 21 min 454 nəfər, cərrahi əməliyyatların sayı isə 9 min 346 təşkil etmişdir. 2017-ci il ilə müqayisədə ötən il həkimə gəlişlərin sayında 27% artım müşahidə olunmuşdur. Evə yazılan xəstələrin  60%-i, cərrahi əməliyyatların isə 74%-i Mingəçevir şəhər Mərkəzi Xəstəxanasının payına düşmüşdür.

 

Ümumilikdə 2018-ci il üzrə pilot layihə çərçivəsində səhiyyə xərclərinin maliyyələşdirilməsinə 32 milyon 660 min manat vəsait sərf edilmişdir ki, bu vəsaitin 26 milyon 921 min manatı Agentliyin tabeliyinə verilmiş tibb təchizatçılarının (ilkin səhiyyə xidməti daxil olmaqla), 2 milyon 308  min manatı pilot ərazilərdə göstərilməsi  mümkün olmayan baza zərfinə daxil olan tibbi xidmətlər üçün Agentliklə müqavilə əsasında fəaliyyət göstərən tibb təchizatçılarının, 3 milyon 431 min manatı isə əvəzləşdirilə bilinməyən və dövlət büdcəsinə geri qaytarılmış əlavə dəyər vergisinin payına düşür.

 

 

Hesabat dövründə pilot ərazilərdə göstərilən tibbi xidmətlərlə bağlı bir sıra yeniliklər baş vermişdir:

 

1. Mingəçevir şəhər və Yevlax rayon Mərkəzi Xəstəxanalarında “Laboratoriya analizlərinin nəticələri” adlı elektron xidmət istifadəyə verilmişdir. Bu xidmət vətəndaşlar üçün vaxt itirmədən və kağız daşıyıcıdan istifadə etmədən laboratoriya analizlərinin nəticələrini onlayn öyrənmək imkanı yaradır.

 

2. Mingəçevir şəhər Mərkəzi Xəstəxanasında endoskopik üsulla transuretral rezeksiya (TUR) və böyük sümüklərin endoprotezləşdirilməsi əməliyyatları həyata keçirilir.

 

Ağdaş rayon Mərkəzi Xəstəxanası kompüterlər və proqram təminatları ilə təchiz edilmiş, müəssisənin daxili fəaliyyətinin əhəmiyyətli dərəcədə elektronlaşmasına nail olunmuşdur. Bundan başqa, maliyyə vəsaitlərinin istifadəsində səmərəliliyin artırılması üçün ilkin səhiyyə xidməti yenidən təşkil olunaraq maddi-texniki bazası və infrastrukturu təkmilləşdirilmiş, habelə ikinci səviyyəli səhiyyə xidmətlərinə göndərişi olmayan sığortaolunanlara azadolma məbləği tətbiq edilmişdir.

 

TƏK ŞƏXSİYYƏT VƏSİQƏSİLƏ 15 DƏQİQƏYƏ KREDİT!

 

Məlumat üçün bildirək ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Azərbaycanda icbari tibbi sığortanın tətbiqinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” 2018-ci il 20 dekabr tarixli 418 nömrəli Fərmanına əsasən ölkə üzrə İTS-nin tətbiqi 2020-ci ildən etibarən nəzərdə tutulur.

 

Hesabatla Agentliyin rəsmi internet saytından (its.gov.az) tanış ola bilərsiniz.

15.03.2019 08:31

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ