Azərbaycan ərəb şirkətilə anlaşdı - İNVESTİSİYA QOYULUŞU GÖZLƏNİLİR
Energetika Nazirliyi Səudiyyə Ərəbistanının “ACWA POWER” şirkəti ilə əməkdaşlıq memorandumu imzalayıb
Bakıda OPEC və qeyri-OPEC ölkələrinin Müştərək Texniki Komissiyasının (JTC) 27-ci və Nazirlərin Birgə Monitorinq Komitəsinin iclası çərçivəsində Energetika Nazirliyi ilə Səudiyyə Ərəbistanının “ACWA POWER” şirkəti arasında əməkdaşlıq haqqında memorandumu imzalanıb.
Sənədi energetika nazirinin müavini Samir Vəliyev və “ACWA POWER” şirkətinin direktoru Ayad Əl Amri imzalayıb.
Anlaşma memorandumu Azərbaycanda bərpa olunan enerji mənbələrindən istifadə sahəsinə investisiya qoyuluşu, bunun üçün potensialın qiymətləndirilməsi və şəraitin yaradılması üzrə əməkdaşlığın əsas prinsiplərini müəyyənləşdirir.
TƏK ŞƏXSİYYƏT VƏSİQƏSİLƏ 15 DƏQİQƏYƏ KREDİT!
Energetika nazirinin müavini Samir Vəliyev bildirib ki, Energetika Nazirliyi Azərbaycanın zəngin bərpa olunan enerji mənbələrindən səmərəli istifadəni təmin etmək, ölkənin elektrik enerjisi istehsalı gücünün şaxələndirilməsi hesabına enerji təhlükəsizliyini gücləndirmək və təmiz enerji istehsalını həyata keçirmək məqsədi ilə beynəlxalq şirkətlərlə əməkdaşlıq edir. “Hazırda bərpa olunan enerji sahəsinin inkişafı üçün qanunvericilik bazası hazırlanır, investorların cəlbi üçün mexanizmlər üzərində işlənilir. “ACWA POWER” şirkəti ilə əməkdaşlıq bu sahədə fəaliyyətin səmərəli təşkilində, bərpa olunan enerjinin istehsal xərclərinin azaldılmasında qabaqcıl təcrübənin öyrənilməsi və tətbiqinə, bərpa olunan enerji layihələrinin gələcəkdə həyata keçirilməsinə töhfə verəcəkdir”-deyə, nazir müavini əlavə edib.
Səudiyyə Ərəbistanının “ACWA POWER” şirkəti əsasən bərpa olunan enerji mənbələrindən istifadə və dəniz suyunun duzsuzlaşdırılması sahələrində ixtisaslaşmış şirkət olaraq enerji və su layihələrini həyata keçirir. Şirkət hazırda Asiya və Afrika ölkələrində, o cümlədən Misir, İordaniya və digər ölkələrdə külək və günəş enerjisi layihələrini həyata keçirir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
2 saat əvvəl
ABŞ iqtisadiyyatı birinci rübdə proqnozdan aşağı böyüyüb - BAZARLARDA NARAHATLIQ ARTIB
-
2 saat əvvəl
Dünyanın ən böyük mikroçip istehsalçılarından biri olan İntel zərər açıqlayıb
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
“GL” ASC-nin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir
-
2 saat əvvəl
BOKT “Falcon Finance” böyüyüb, xalis mənfəəti 15 dəfəyə yaxın artıb
- 12 saat əvvəl
-
12 saat əvvəl
Kapital Bank Azərbaycanın Bankçılıq Missiyasının ABŞ-yə ilk işgüzar səfərində iştirak etdi
- 12 saat əvvəl
-
13 saat əvvəl
Bakcell ilə innovasiya dövrü başlayır - Şirkət yeni brend kimliyini elan etdi
-
14 saat əvvəl
SOCAR ilə Dövlət Vergi Xidməti arasında memorandum imzalandı
- 14 saat əvvəl