Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

“Bakı Fəhləsi” üçün cəhd - AZI 10 MİLYON MANAT CƏLB EDİLMƏSİ HƏDƏFLƏNİR

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Bakı Fəhləsi” üçün cəhd - AZI 10 MİLYON MANAT CƏLB EDİLMƏSİ HƏDƏFLƏNİR
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Əmlak Məsələləri Dövlət Komitəsi “Bakı Fəhləsi Maşınqayırma zavodu” Açıq Səhmdar Cəmiyyətinin səhmlərinin 97,83%-nin satışı üzrə investisiya müsabiqəsi elan edib. Bu barədə Komitədən məlumat verilir.

 

İnvestisiya müsabiqəsində satışa çıxarılan səhmlərin sayı 10 mln. 907,61 min ədəd təşkil edir. Müsabiqədə yerli şəxslərlə yanaşı, xarici investorlar da iştirak edə bilərlər.

 

İnvestisiya müsabiqəsi müəssisənin fəaliyyətinin bərpası və genişləndirilməsinə yönəlidlməlidir. İnvestisiya Proqramına mövcud tikili və qurğuların təmiri və ya yeni tikililərin inşasına dair təkliflər; mövcud avadanlıq və texnologiyaların bərpası və yeni avadanlıq və texnologiyaların tətbiqinə dair təkliflər; istehsal olunan məhsulun çeşidi və həcminin artırılmasına dair təkliflər; yeni istehsal və ya xidmət sahələrinin yaradılmasına dair təkliflər; infrastruktur təminatının yaxşılaşdırılmasına dair təkliflər; yeni iş yerlərinin yaradılmasına dair təkliflər (150-dən az olmayaraq) daxil olmalıdır.

 

İnvestisiya Proqramının ümumi həcmi 10 mln. manatdan az olmamalıdır.

 

Müsabiqənin qalibi müəssisənin səhmlərinə görə dövlət büdcəsinə ən azı 7,5 mln. manat ödəniş etməlidir.

 

Müsabiqənin nəticələri haqqında protokol təsdiq olunduğu tarixdən 30 gün müddətində səhmdar cəmiyyətinin səhmlərinin alqı-satqı müqaviləsinin imzalanmalıdır. Səhmdar cəmiyyətinin səhmlərinin alqı-satqı müqaviləsi imzalandığı tarixdən 60 təqvim günü müddətində təklif olunmuş investisiya həcminin ümumi məbləğinin müəyyən hissəsinin (5%-ə qədərinin) pul vəsaiti şəklində səhmdar cəmiyyətinin hesablaşma hesabına köçürüləcək məbləğinə və ondan istifadəyə dair təklif.

 

AŞAĞI FAİZLƏ TƏCİLİ PUL KREDİTİ

 

İddiaçıların ərizə və təkliflərinin qəbulu 17 aprel 2019-cu il tarixinədək aparılacaq Təkliflərin dəyərləndirilməsi apelin 26-da baş tutacaq.

 

“Bakı Fəhləsi Maşınqayırma zavodu” Bakıda yerləşir və eft-qaz və neft-kimya sənayesi üçün avadanlıq, alət və ehtiyat hissələrinin istehsalı üzrə ixtisaslaşıb. Müəəsisə 1900-cu ildə yaradılıb. Hazırda zavodda 69 nəfər çalışır.

 

 

1 mart 2019-cu il tarixinə müəəsisənin nizamnamə kapitalı 22,3 mln. manat təşkil edir və hər qiymətli  kağıza görə nominal dəyəri 2 maqnat olan 11,15 mln. səhmə bölünüb. 1 mart 2019-cu il tarixinə müəssisəinin öhdəlikləri 2 mln. 552,409 min manata, həmçinin əməkdaşların əmək haqqları üzrə borcları – 100,359 min manata, icbari sosial sığorta üzrə ayrımalar – 2 mln. 24,955 min manata, mallar və xidmətlıər üzrə ayırmalar – 412,772 min manata bərabərdir. 

18.03.2019 07:56

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ