Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

SOCAR bu şirkəti ala bilmədi

iç səhifə xəbər başlığı altı (mobil)_31
SOCAR bu şirkəti ala bilmədi

Petrol Ofisi-nin yeni sahibi məlum oldu!

 

Avstriyanın enerji şirkəti OMV-nin 100 faiz səhminə sahib olduğu Petrol Ofisi-ni 1 milyard 368 milyon avroya Hollandiyanın "Vitol Group" şirkətinə satmağa qərar verdiyi açıqlanıb.


 
"Marja" OMV-dən verilən məlumata istinadən xəbər verir ki, şirkət Türkiyədəki iştirakı "Petrol Ofisi" "Vitol Group"a satacaq.
 


 OMV-nin satışdan əldə edəcəyi xalis gəlir isə məzənnə təsiri ilə birlikdə 1,1 milyard avro olacaq.


 
Sözügedən satış əməliyyatlarının bu ilin üçüncü rübündə başa çatdırılması planlaşdırılır.


 
Petrol Ofisi-nin Türkiyədə 1709 yanacaqdoldurma stansiyası var. Şirkətin 2016-dakı cəmi satışları 10,68 milyon tona çatmışdı. Petrol Ofisi, 1 milyon kubmetr həcmlə Türkiyədəki ən böyük yanacaq anbarını da malikdir.

 

Qeyd edək ki, SOCAR və  Saudi Aramco şirkətləri də Petrol Ofisi-ni almaq niyyətində idi. Səudiyyə Ərəbistanının Saudi Aramco şirkətinin Petrol Ofisini almaq şansının SOCAR-dan daha çox olduğu bildirilirdi. SOCAR Türkiyədə istehsalla bərabər satışda da təmsil olunmaq niyyətindədir.

05.03.2017 08:51

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ