Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Bank Respublika 100-dən çox azyaşlı uşağa bayram sevinci yaşadıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Bank Respublika 100-dən çox azyaşlı uşağa bayram sevinci yaşadıb

® Ötən il çoxsaylı faydalı sosial layihələr həyata keçirən Bank Respublika, bu dəfə Novruz bayramı ərəfəsində paytaxtdan kənarda yerləşən ucqar internat məktəblərində balacalar üçün “Bahar Sevinci” adlı sosial layihə həyata keçirib.

 

Reklam_3_11

Layihə çərçivəsində bankın əməkdaşları Zaqatala və Balakən şəhərində yerləşən inteqrasiya təlimli internat tipli gimnaziyada təhsil alan azyaşlı uşaqların arzularını həyata keçirərək onlar üçün bayram şənliyi təşkil edib.

 

Bayram şənliyində uşaqlar Novruz bayramının əsas personajları olan Kosa və Keçəl ilə birlikdə mahnı oxuyub, şeir söyləyib, rəqs edib, doyunca əyləniblər.

 

Şənlikdə bankın əməkdaşları valideyin himayəsindən məhrum olmuş, xüsusi qayğıya ehtiyacı olan və aztəminatlı ailələrdən olan 100-dən çox uşaq üçün əsl bayram əhval-ruhiyyəsi yaradaraq onları bayram münasibətilə təbrik edib, bank tərəfindən hazırlanmış bayram sovqatların təqdim ediblər.

 

Bankdan verilən məlumata əsasən, Bank Respublika bu il həyata keçirdiyi strategiya çərçivəsində sadəcə biznes sahəsində deyil, həmçinin sosial sahədə də müxtəlif layihələr həyata keçirərək, cəmiyyətə faydalı olmağa davam edəcək.

 

Daha ətraflı məlumatı bankın rəsmi internet saytında, facebook səhifəsində və ya 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.

19.03.2019 08:57

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ