Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

"Procter & Gamble" Bakı ofisinin səlahiyyətlərini artırır - MÜSAHİBƏ

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Procter & Gamble" Bakı ofisinin səlahiyyətlərini artırır - MÜSAHİBƏ
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

(®) "P&G Avropa" şirkətinin Prezidenti Loik Tassel ilə müsahibə


 

- Cənab Tassel, siz bu ilin yanvarında Davosda Azərbaycan Respublikasının Prezidenti ilə görüşmüsünüz. Görüşdən bir ay sonra belə böyük səlahiyyətli bir heyətin – "Procter & Gamble" (P&G) şirkətinin Avropa üzrə Prezidentinin və İdarə Heyətinin Azərbaycana səfəri maraq doğurmaya bilmir. Səfər nə vəd edir?

 

- Əvvəlcə onu deyim ki, bu, "P&G Avropa" şirkətinin Prezidenti kimi Azərbaycana ilk səfərimdir və burada olmağıma çox şadam. Olduğumuz yerlərdə bizə göstərilən mehriban münasibət, çox az yerləri görə bilsək də Bakı şəhərinin tarixi və modern üslubu birləşdirən gözəlliyi məni heyran etdi.

 

Burada olduğum iki gün ərzində mən bir neçə beynəlxalq şirkətin rəhbərləri və hökumət rəsmiləri ilə görüşdüm. Azərbaycan istehlakçılarının ehtiyaclarını anlamaq və daha yaxşı xidmət təklif etmək istiqamətində çox faydalı fikir mübadiləmiz oldu.

 

Təbii ki, P&G-nin Bakı ofisində olduq. Yüksək vədlər verən biznes nəticələrimizlə məni tanış etdilər. Marketlərə baş çəkməyə, tərəfdaşlarımız olan pərakəndəçilərlə görüşməyə də vaxt tapdım. Bizim "Pampers", "Always", "Ariel", "Fairy", "Pantene" kimi beynəlxalq gündəlik brendlərimizin Azərbaycanlı istehlakçıların həyatında olmasından və onu inkişaf etdirməsindən qürur duydum.

 

-Görüşlərinizin məqsədlərinin birinin də Azərbaycandakı investisiya mühitini öyrənmək olduğu bildirilir. Hansısa dəyərləndirmələr edə bildinizmi?

 

- Bildiyim qədər, Azərbaycan böyük dövlətçilik ənənələrinə malik respublikadır. Yeri gəlmişkən, icazə verin P&G adından Azərbaycan hökumətini və xalqını Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibəti ilə təbrik edim.  Ölkəniz biznesin, inkişafın və investisiyaların regional mərkəzi olmağa doğru davamlı addımlar atır. P&G Azərbaycanın “Azərbaycan 2020: Gələcəyə baxış” inkişaf konsepsiyasını dəstəkləyir. 2020-ci ildə Azərbaycanın inkişaf etmiş və iqtisadi cəhətdən rəqabət qabiliyyətli bir ölkə kimi görmək istəyən bu mövqeləndirmə biznes mühitinə müsbət təsirlərini göstərib. Azərbaycanın World Doing Business Index 2019-da reytinqinin 2018-ci ilə nisbətən sürətlə irəliləməsi – 57-ci yerdən 25-ə çıxması böyük proqresdir. Hazırda ölkənizdə islahatlar gedir və bu islahatlar Bakını və ümumilikdə Azərbaycanı iş qurmaq üçün maraqlı məkana çevirir. P&G olaraq, bu irəliləyişlərin fonunda biz də yaradılmış biznes və investisiya mühitindən faydalanmaq istəyirik.

 

-Azərbaycanlı istehlakçılar barədə nə deyə bilərsiniz? Avropanın digər ölkələri ilə müqayisədə Azərbaycan istehlakçısının seçimləri necə görünür?

 

-Azərbaycanın çox gənc və bir-biri ilə bağlı əhalisi var. Bu ölkənin inkişaf istəyi ticarətin və biznes mühitinin sürətlə modernləşməsinə səbəb olur. Cəmiyyət brend istehlak məhsullarına, yaxşı keyfiyyətə və innovasiyalara maraq göstərir. Biz burada bu ehtiyacları ödəmək üçün çalışırıq və Azərbaycan istehlakçısının arzu və istəklərini öyrənərək, təkliflərimizi daha da inkişaf etdiririk.

 

- Azərbaycan P&G biznesi üçün nə dərəcədə vacibdir? Bakı ofisinin işi çoxdurmu?

 

- P&G Azərbaycanın istehlak məhsulları bazarına 1998-ci ildə daxil olub. Hazırda  15 brendi ilə FMCG (tez istehlak olunan məhsullar) sektorunun liderlərindəndir. Məhsullarımızla həm kişilərə, həm də qadınlara xidmət göstəririk və bunu davam etdirəcəyik.  Bu gün 5,000,000 nəfərdən artıq Azərbaycan vətəndaşının evində ən azı 1 "Procter & Gamble" brendi var.

 

P&G Bakı ofisinin olması ölkədə bilavasitə və bilvasitə 700 iş yerinin fəaliyyət göstərməsi deməkdir. Biz ölkənin tez istehlak olunan məhsullar sektorunda ən böyük iqtisadi oyunçularından olmaqla yanaşı, sosial həyatında da iştiraka çalışırıq. Bizim brendlərimiz bütün dünyada tanınsa belə, Azərbaycanda ən böyük TV media investoruq.

 

Azərbaycan P&G üçün çox vacibdir. Böyük sevinclə sizinlə bir xəbəri paylaşmaq istəyirəm. 2019-cu ilin iyulunda Bakı ofisi səlahiyyətlərini genişləndirərək, Gürcüstandan əlavə, həmçinin Özbəkistan, Türkmənistan, Tacikistan və Monqolustanı da koordinasiyaya başlayacaq. 20 il dayanıqlı inkişaf, bu inkişafın nəticəsi kimi P&G Bakı ofisini mərkəzə çevirməyimiz bizim Azərbaycana verdiyimiz əhəmiyyəti və davamlı investisiya istəklərimizi  nümayiş etdirir.

 

-Bakı ofisi bu şaxələnmədən nə qazanacaq?

 

-Əlbəttə ki, ilk növbədə iş yeri. Digər tərəfdən, biz özünü burada uğurla göstərmiş əməkdaşlarımıza yeni üfüqlər açacaq, özlərini sınamaq üçün yeni məkanlar təklif edəcəyik. Bu da beynəlxalq təcrübə qazanılması deməkdir. Təbii ki, qoyulan investisiyalardan Azərbaycana da pay düşəcək.

 

-Azərbaycandakı işçiləriniz və gənc kadrlar barədə nə düşünürsünüz?

 

-Biz ən yaxşıları işə seçməkdə, onlara investisiya qoymaqda və onları inkişaf etdirməkdə özümüzlə fəxr edirik. Çünki bu kadrların öz bazarlarında və dünyada liderlərə çevrildiyini müşahidə edə bilirik. Ölkə üzrə bizim ofis, distribüterin ofisi, anbarlar daxil olmaqla, 700 bilavasitə və bilvasitə iş yeri yaratmışıq. Biz 5 ildir ki, Azərbaycan Biznes Keys Müsabiqəsinin fəxri sponsoru olmuşuq və ölkənin gənc istedadlarına investisiya yatırmaqda davam edirik.

 

-Dediniz ki, siz ən böyük TV media büdcəsinə maliksiniz? Bu gücü necə istifadə edirsiniz?

 

-İlk növbədə, ölkənin ən böyük TV media investoru olmaqla,  biz hər kəsin əli çatan medianın inkişafına öz töhfəmizi vermiş oluruq. Eyni zamanda, P&G istehlakçılarını öz tərəfdaşlarına çevirir. Cəmiyyətin inkişafı üçün vacib layihələri mediaya gətirərək, vətəndaş cəmiyyəti üzvlərinə, qeyri-hökumət təşkilatları nümayəndələrinə bizim layihələrimiz vasitəsilə mediadan öz problemlərini səsləndirmək imkanı yaradırıq. Misal üçün, may-iyun aylarında SOS Uşaq Kəndlərinə ianə ilə bağlı kampaniyamız barədə mediada kommunikasiyamız oldu. Biz insanlara bildirdik ki, onlar 200-dən artıq uşağa yardım edə bilərlər. “Always” “Wowoman” qadınların səlahiyyətlənməsi platformasının partnyoruna çevrilib və onlara dəstək verir. “Head & Shoulders” Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının tərəfdaşıdır. Bizim gün ərzində bir neçə dəfə yayımlanan reklam çarxlarımız futbola marağın artması üçün daha bir dəstəkdir. Qeyd edim ki, Azərbaycanın Futbol üzrə Qadın Milli Komandasının reklam çarxına çəkilməsi də cəmiyyətə güclü mesaj ötürmək məqsədi daşıyır. 

 

-Bakıda yadınızda qalan, xoşladığınız xüsusi bir yer oldumu?

 

-Görüş qrafikimizin sıxlığından, təəssüf ki, gəzmək imkanımız çox olmadı. Amma mən şadam ki, qədim Bakını – İçərişəhəri görə bildim. Daim innovasiyalara çalışan bir şirkətin rəhbər şəxsi kimi, modern tikililəri də qeyd etməyə bilmərəm. Mən bilirəm ki, Azərbaycanın gözəl təbiəti var, region camaatı çox səmimi və mehribandır. Mən, məmnuniyyətlə, regionlara səfər edərdim.

 

- Müsahibəyə görə təşəkkür edirik.

19.03.2019 09:53

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ