Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

Kral idman və əyləncə layihələrinə 23 milyard dollar ayırdı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Kral idman və əyləncə layihələrinə 23 milyard dollar ayırdı
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səud paytaxt Ər-Riyadda dörd idman-əyləncə layihəsinə 23 milyard dollar ayırıb.

 

Səudiyyə Ərəbistanının SPA agentliyi xəbər verir ki, layihələr park, idman və incəsənət obyektlərinin tikintisini nəzərdə tutur. Kral Salman bin Əbdüləziz Al Səud bu sərəncamı ilə vəliəhd şahzadə Məhəmməd bin Salmanın təşəbbüslərini dəstəkləyib.

 

Layihələrin arasında ən böyüyü 7,5 milyon ağacın əkiləcəyi və geniş abadlıq işlərinin aparılacağı “Yaşıl Ər-Riyad” proqramıdır. Bu tədbirlər paytaxtın yaşıl sahəsini 1,5 faiz artırmağa və 2030-cu ilədək 541 kvadrat kilometrə çatdırmağa imkan verəcək.

 

Digər mühüm layihə isə şəhərin mərkəzində böyük “Sports Boulevard” sağlamlıq-istirahət mərkəzidir. Burada 135 kilometr uzunluğunda velotrek, müxtəlif idman növləri üzrə obyektlər tikiləcək. Mərkəz paytaxt əhalisinin bütün təbəqələri üçün nəzərdə tutulub.

 

 

Daha bir layihə “Riyadh Art” incəsənət mərkəzidir. Burada dünyanın ən böyük “divarsız açıq hava qalereyası”, konsert salonları tikiləcək.

 

Bütün obyektlərin tikinti işləri cari ilin ikinci yarısında başlayacaq.

19.03.2019 15:51

Müştərilərin xəbərləri

Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ