"Başak İnam Sığorta"nın ləğvedilmə səbəbi məlum oldu
“Başak İnam Sığorta” şirkətinin səhmdarlarının ümumi yığıncağı aprelin 4-də olacaq, deyə şirkət məlumat yayıb.
Gündəlikdəki əsas məsələ şirkətin könüllü ləğv edilməsidir.
“Başak İnam Sığorta” İdarə Heyəti sədrinin müavini Vaqif Baxşıyev bildirib ki, şirkətin ləğvedilmə səbəbi “Zaminbank” və “Gəncəbank”ın bağlanmasıdır.
“Zaminbank bizim təsisçimiz idi. Vəsaitlərimiz bu iki bankda olub. Onlar bağlanandan sonra şirkətimiz Maliyyə Bazarlarına Nəzarət Palatasının tələblərinə və qanunvericiliyin məcmu kapital tələbinə (5 mln manat) cavab verə bilmədi”, - deyə o bildirib.
“Başak İnam Sığorta”nın planlaşdırılan ləğvi barədə fevralda jurnalistlərə Maliyyə Bazarlarına Nəzarət Palatasının sədri R.Aslanlı məlumat verib və qeyd edib ki, artıq razılıq verilib. Xatırladaq ki, “Zaminbank” və “Gəncəbank”ın lisenziyası 2016-cı ildə ləğv edilib.
Azərbaycan-Türkiyə birgə şirkəti olan “Başak İnam Sığorta” 1996-cı ildə yaradılıb. Türkiyə tərəfindən təsisçi “Başak Sığorta”, Azərbaycan tərəfdən “İnam” təkrarsığorta idi. Onu ABB, “Turanbank” və “Aqrarkredit” təsis edib.
Şirkətin nizamnamə kapitalı 7 mln. manat idi.
© Turan
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 8 saat əvvəl
-
10 saat əvvəl
Bakı Fond Birjası “2024-2026-cı illər üzrə Strateji İnkişaf Planı”nı təqdim etdi
- 11 saat əvvəl
-
11 saat əvvəl
SOCAR və “Qazprom”un prezidentləri qaz sahəsində əməkdaşlığı müzakirə edib
-
11 saat əvvəl
“Rox Motor” avtomobil brendi artıq rəsmi olaraq Azərbaycanda!
-
11 saat əvvəl
Sahəsi 2 hektar olan qum-çınqıl yatağı cəmi 14 min manata şirkətin istifadəsinə verildi
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
-
12 saat əvvəl
"Əlavə sərmayə qoyuruq ki, Avropa ölkələrini qaz təchizatı məsələsində dəstəkləyək"
-
12 saat əvvəl
bp şirkəti Dərinsulu Günəşli platformasında hasilatı müvəqqəti dayandırır
- 12 saat əvvəl