Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Türk Lirəsi sürətlə bahalaşır

iç səhifə xəbər başlığı altı (mobil)_31
Türk Lirəsi sürətlə bahalaşır

Dolar/TL məzənnəsi, Türkiyə Mərkəzi Bankının addımları və ölkə xaricində TL swap faizlərinin yüksəlməsi ilə əlaqədar olaraq düməkdə davam edir (Dollar ucuzlaşır, Türk Lirəsi bahalaşır).


"Marja" xəbər verir ki, Bakı vaxtı ilə saat 09:40-da Dollar/TL məzənnəsi 5.3189 lirədə olub. 

Reklam_3_11


Məzənnə gecə saatlarında 5.3049 səviyyəsinə qədər enərək son bir ayın ən aşağı səviyyəsini görmüşdür.

 
"Manulife Asset Management"ın stajlı analitiki Riçard Segal "Bloomberg News"a verdiyi açıqlamasında, "Türkiyə keçən yaydan dərs aldı və vəziyyətin spiral şəklində nəzarətdən çıxmasına icazə verməyəcək" - deyib.
 

Türk Lirənin xaricdə gecəlik borc faizi son iki gündə təqribən 10 dəfə artaraq 300 faiz səviyyələrini görüb və 2001-dən bu yana ən yüksək səviyyələrinə çatıb. Buna bağlı olaraq Türk Lirəsi (TL) Çərşənbə axşamı gecə saatlarında xeyli bahalaşıb.

 

Ötən Cümə günü 5.46-da günə başlayıb axşam saatlarında 5.84-ü test edən Dollar/TL məzənnəsi ( məzənnə 7% yüksəlmişdi ) Mərkəzi Bankın açıqladığı bəzi tədbirlərin ardından düşməyə başlamışdır.

 

TƏK ŞƏXSİYYƏT VƏSİQƏNİZİ TƏQDİM EDİN, 15 DƏQİQƏYƏ KREDİT ALIN

 

Dünən 5.58 ətrafında günə başlayan Dollar/TL məzənnəsi axşam saatlarında 5.39 səviyyələrini görmüşdü.  Bakı vaxtı ilə saat 22:20-də Dollar/TL məzənnəsi 2,7% geriləmə ilə 5.3986 səviyyəsində idi.

 

"TÜRK LİRƏSİ DAHA DA BAHALAŞA BİLƏR"

 

"Canadian Imperial Bank of Commerce"ın strategiya direktoru Jeremy Stretch məzənnədə 5.25-lərə qədər geri çəkilmə ola biləcəyini söyləyib.  

 

O, "Fed bu il faiz artırmayacaq, Fed-in səbirli olması yaxşı bir şeydir. 2020-də də yalnız bir dəfə faiz artıra biləcəyini nəzərdə tutur. Fed-in yumuşaq pul siyasətinə qayıdacağı ehtimalı yüksədir",- deyib.  

 

 

ABŞ dollarının pilləli olaraq düşə biləcəyini qeyd edən Stretch, "Fed-in faiz artırmayacağı da bu fikiri dəstəkləyir. Yüksək gəlirlilikli bazarlara daha çox giriş olacaq. Bu səbəbdən Türk Lirəsinin bahalaşması davam edəcək. Dollar/TL məzənnəsində 5.20 - 5.25-lər görülə bilər". 

27.03.2019 06:31

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ