Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

“Azercell” 100 milyon manat xalis mənfəət açıqladı

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Azercell” 100 milyon manat xalis mənfəət açıqladı
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Dövlət şirkəti “Azercell Telekom” MMC 2018-ci ili 100 milyon 235 min manat xalis mənfəətlə başa vurub. Şirkət 2017-ci ili 19 milyon 357 min manat zərər ilə bağlamışdı.

 

Reklam_3_11

XƏRCLƏRİ  AZALIB

 

“Marja” Şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, ötən il “Azercell Telekom”un əsas gəliri 421 milyon 193 min manat, cəmi xərcləri 286 milyon 206 min manat və əməliyyat mənfəəti 134 milyon 987 min manat təşkil edib. 

 

2017-ci illə müqayisədə “Azercell Telekom” MMC-nin cəmi xərcləri azalıb. Belə ki, Şirkət 2017-ci ildə 411 milyon 441 min manat gəliri əldə etmək üçün 397 milyon 151 min manat xərc çəkmiş və nəticədə 14 milyon 290 min manat əməliyyat mənfəəti əldə etmişdi.

 

2017-ci illə müqayisədə ötən il “Azercell Telecom”un gəlirləri 2,4% artıb, xərcləri isə 27,9% azalıb.

 

Ötən il “Azercell Telekom” 746 min manat maliyyə gəliri də ədlə edib və mənfəəti 135 milyon 733 min manata yüksəlib. Şirkət 2018-də 35 milyon 498 min manat mənfəət vergisi ödəyib. Nəticədə, “Azercell Telekom” ötən ili 100 milyon 235 min manat xalis mənfəətlə başa vurub.

 

 

31 Dekabr 2018-ci il tarixində “Azercell Telecom” MMC-nin cəmi aktivləri 1 milyard 32 milyon manat təşkil edib. Bu, ötən ilin yanvarın 1-i ilə müqayisədə 12,6% çoxdur. 2018-ci ildə “Azercell Telecom”un cəmi öhdəlikləri 10,85% artaraq 97 milyon 116 min manata, cəmi kapitalı isə 12,8% artaraq 934 milyon 767 min manata çatıb.

 

TƏK ŞƏXSİYYƏT VƏSİQƏNİZİ TƏQDİM EDİN, 15 DƏQİQƏYƏ KREDİT ALIN

 

"Azercell Telekom" MMC-nin 51.3 faizlik hissəsi Azərbaycan Respublikasının tam dövlət mülkiyyətində olan "Azərbaycan Beynəlxalq Telekom" MMC-yə (Azintelecom) aiddir. 

27.03.2019 13:36

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ