Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

“Diqlas”ın direktor müavini zərərçəkənlərin sayını AÇIQLADI

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Diqlas”ın direktor müavini zərərçəkənlərin sayını AÇIQLADI

Martın 26-da “Diqlas” Ticarət Mərkəzində baş vermiş yanğın nəticəsində 381 zərərçəkən müəyyənləşib.

 

Reklam_3_11

Bunu “Dilqas” Ticarət Mərkəzinin direktor müavini Araz Rəhimov son vəziyyətlə bağlı danışarkən bildirib.


A.Rəhimovun sözlərinə görə, sahibkarlara dəyən zərər yaradılmış Komissiya tərəfindən müəyyən olunacaq:

 

TƏK ŞƏXSİYYƏT VƏSİQƏSİLƏ 15 DƏQİQƏYƏ KREDİT!


“Orada çalışan hər kəs bir-birini tanıyır və təxminən kimin hansı maliyyəyə sahib olması məlumdur. İdarəçilər də bu barədə məlumatlıdırlar. 3 manat aşağı, 5 manat yuxarı, hamısı dəqiqliklə müəyyənləşdiriləcək”.

 


Direktor müavini ticarət mərkəzinin sökülərək yenidən tikilməsi məsələsinə də aydınlıq gətirib:

 

“Fövqəladə Hallar Nazirliyi yerində araşdırma aparacaq və onların rəyindən sonra binanın nə qədər dayanıqlı olması müəyyənləşəcək. Dayanıqlılıq normalara uyğundursa, təmir olunacaq. Yox, normalara uyğun olmayacaqsa, sökülərək, yenidən tikiləcək”.

 

A.Rəhimov həmçinin qeyd edib ki, sahibkarların müxtəlif ticarət mərkəzlərində yerləşdirilməsi üçün işlər gedir:


“Biz bunun üçün çalışırıq. Bildiyiniz kimi, ilkin olaraq sahibkarlara maddi dəstək olunmalıdır ki, onlar mal ala bilsinlər. Vəsait əldə edildikdən sonra onların müxtəlif yerlərdə yerləşdirilməsinə başlanacaq”.


Direktor müavini vəsaitin zərərçəkənlərə ödənilməsi prosesinə Komissiyanın rəyindən sonra başlanacağını deyib.

 

TƏK ŞƏXSİYYƏT VƏSİQƏSİLƏ 15 DƏQİQƏYƏ KREDİT!

 

© Modern

29.03.2019 07:20

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ