Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

“Atəşgah Sığorta” zərərdən çıxa bilmədi

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Atəşgah Sığorta” zərərdən çıxa bilmədi

“Atəşgah Sığorta Şirkəti” ASC ardıcıl 2 ildir zərər edir. Şirkət 2018-ci ili 770 min 375 manat zərər ilə başa vurub. “Atəşgah Sığorta Şirkəti” 2017-ci ili 1 milyon 27 min manat zərər ilə bağlamışdı.

 

Reklam_3_11

TƏK ŞƏXSİYYƏT VƏSİQƏSİLƏ 15 DƏQİQƏYƏ KREDİT!

 

“Marja” Şirkətin maliyyə hesabatlarına istinadən xəbər verir ki, ötən il “Atəşgah Sığorta”nın cəmi gəlirləri 40 milyon 964 min manat, cəmi xərcləri isə 41 milyon 734 min manat təşkil edib. Nəticədə Şirkətin 770 min 375 manatlıq zərəri yaranıb.

 

Müqayisə üçün qeyd edək ki, 2017-ci ildə “Atəşgah Sığorta”nın cəmi gəlirləri 39 milyon 572 min manat, cəmi xərcləri isə 40 milyon 599 min manat təşkil etmişdi.

 

YIĞIMLARI AZALIB, ÖDƏNİŞLƏRİ ARTIB

 

İllik müqayisədə şirkətin topladığı sığorta haqları 38 milyon 956 min manatdan 36 milyon 832 min manata geriləyib, sığorta ödənişləri isə 17 milyon 399 min manatdan 20 milyon 82 min manata yüksəlib.

 

 

İcbari avtomobil sığortası üzrə zərərliliyin artması sığorta şirkətlərini qazancdan məhrum edir. Şirkətlərin maliyyə hesabatlarından məlum olur ki, 2018-ci ildə icbari avtomobil sığortası üzrə xərclər daha da artıb. Sığorta şirkətlərinin rəhbərləri Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə tariflərin artırılmasını vacib hesab edirlər.

04.04.2019 06:04

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ