Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

“Rəvan Sığorta” ötən ili mənfəətlə başa vurub

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Rəvan Sığorta” ötən ili mənfəətlə başa vurub

“Rəvan Sığorta” ASC-nin cəmi aktivləri bu il yanvarın 1-nə 15 milyon 122 min manat təşkil edib.

 

Reklam_3_11

Şirkətin maliyyə hesabatına görə, bu, ötən il yanvarın 1-i ilə müqayisədə 6,3% çoxdur.

 

 

2018-ci ildə “Rəvan Sığorta”nın cəmi öhdəlikləri 40,5% artaraq 2 milyon 430 min manata, cəmi kapitalı isə 1,5% artaraq 12 milyon ,692 mmin manata çatıb.

 

Ötən il “Rəvan Sığorta”nın gəlirləri 1 milyon 569 min. manat (əvvəlki ilə nisbətən 26,5% az), xərcləri 1 milyon 342 min manat (57,7% az) təşkil edib. Şirkət mənfəət vergisi ödəməyib.

 

Son nəticədə “Rəvan Sığorta” 2018-ci ili 227 min manat xalis mənfəətlə başa vurub. Halbuki, maliyyə qurumu 2017-ci ildən 1 milyon 41 min manat zərərlə çıxmışdı.

 

Xatırladaq ki, "Rəvan Sığorta" şirkəti 1998-ci ildə "Double Insurance Company" kimi fəaliyyətə başlayıb, 2004-cü ildə adını "Star Alyans Sığorta"ya dəyişib, 2007-ci ildə isə yenidən rebrendinq edib. Onun nizanmamə kapitalı 8 900 071,2 manatdır. Şirkətin səhmlərinin 49,1%-i Şirkətin daxil olduğu "Nurgun Group" MMM-ə, 42,36%-i "Nurgun Motors" MMC-yə, 8,54%-i isə "NBC Bank" ASC-yə məxsusdur.

 

TƏK ŞƏXSİYYƏT VƏSİQƏNİZİ TƏQDİM EDİN, 15 DƏQİQƏYƏ KREDİT ALIN

 

© Report

01.04.2019 15:54

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ