Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

“SmartPay”də cərimələri və gömrük yığımlarını da ödəmək olacaq

iç səhifə xəbər başlığı altı (mobil)_31
“SmartPay”də cərimələri və gömrük yığımlarını da ödəmək olacaq

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Məlumat Hesablama Mərkəzinin “SmartPay” ödəniş sistemi istifadəçilərinə yeni imkanlar təqdim edir.


 

Reklam_3_11

Azərbaycanda yol hərəkəti qaydalarının pozulması ilə bağlı cərimələrin ödənilməsi bundan sonra artıq “SmartPay” ödəmə sistemi vasitəsilə də mümkün olacaq.Həmçinin, “SmartPay” ödəmə sisteminə yeni inteqrasiya edilmiş xidmət vasitəsi ilə gömrük yığımlarını da ödəmək olacaq.

 

Bu barədə "Marja"ya Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən bildirilib.

 

TƏK ŞƏXSİYYƏT VƏSİQƏSİLƏ 15 DƏQİQƏYƏ KREDİT!

 

Qeyd edək ki, vətəndaşlar “SmartPay” ödəmə sistemi vasitəsi ilə kommunal ödənişlər, mobil nömrələrdə balansın artırılması, bank xidmətləri, sığorta ödənişləri, mobil cihazların qeydiyatdan keçirilməsi üçün dövlət rüsumlarının ödənilməsi və sair bu kimi xidmətlərdən yararlana bilərlər.

 

“SmartPay” 70 poçt filialı, 1211 poçt şöbəsində 60 ödəmə terminalı, 60-dan çox xidmət üzrə, 2326 ödəmə nöqtəsi ilə vətəndaşların xidmətindədir.

 

 

Eyni zamanda, ödəmələri, “smartpay.az” saytı vasitəsilə də istənilən məkandan həyata keçirmək mümkündür.

 

“SmartPay” ödəmə sistemi  istifadəçilərin fərdi məlumatlarının təhlükəsizliyini və mühafizəsini təmin edir.

02.04.2019 13:54

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ