Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

Qlobal təbii qaz istehlakı 4,6 faiz artıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Qlobal təbii qaz istehlakı 4,6 faiz artıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Çin və ABŞ-dan gələn yüksək tələbat səbəbindən qlobal təbii qaz istehlakı 2018-ci ildə bir əvvəlki ilə nisbətən təxminən 4,6 faiz artaraq 3,9 trilyon kubmetrə çatıb.


 
"Marja" xəbər verir ki, Beynəlxalq Enerji Agentliyi (IEA) tərəfindən hazırlanan "Qlobal Enerji və Karbon Qazı Emissiyaları" hesabatına görə, ötən il qlobal təbii qaz istehlakı 170 milyard kubmetr artıb.
 

Sözügedən istehlak artımının 40 milyard kubmetri kömürdən təbii qaza keçiddən irəli gəlib.
 

ABŞ-da təbii qaz istehlakı 80 milyard kubmetr, Çində isə 42 milyard kubmetr artıb.
 

Gələcək 5 ildə Çindəki tələb artımının davam edəcəyi nəzərdə tutulan hesabata görə, ölkənin iqtisadi inkişafı da təbii qaz tələbatını artıracaq.
 

TƏK ŞƏXSİYYƏT VƏSİQƏSİLƏ 15 DƏQİQƏYƏ KREDİT!

 

Digər tərəfdən, qlobal təbii qaz istehlakının artmasına Asiya Sakit Okean regionunda sənayenin inkişafı ilə elektrik enerjisinə ehtiyacın artması və Cənubi Koreyada bağlanılan nüvə stansiyaları da təsir göstərib.
 

Beləliklə, qlobal təbii qaz istehlakı keçən il əvvəlki ilə müqayisədə 4,6 faiz artaraq 3,9 trilyon kubmetrə qalxıb. Bu, 2010-dan bu yana baş verən ən böyük artımdır. 

 

 
Hesabatda həmçinin, Türkiyə, Almaniya və İtaliya kimi ölkələrin təbii qaz istehlakının, isti havalar və elektrik enerjisi istehsalında qazın payının aşağı düşməsi səbəbilə azaldığı qeyd edilib. 

02.04.2019 14:02

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ