Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

Dünya Ticarət Təşkilatı qlobal ticarət üçün artım proqnozunu aşağı saldı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Dünya Ticarət Təşkilatı qlobal ticarət üçün artım proqnozunu aşağı saldı

Ümumdünya Ticarət Təşkilatı (ÜTT) yayımladığı bir hesabatda, ABŞ ilə Çin arasında davam edən ticarət müharibələri və iqtisadiyyatlardakı ləngimə səbəbindən bu il üçün qlobal ticarətdə artım proqnozunu 3 ilin ən aşağı səviyyəsinə endirib.
 

"Marja" xəbər verir ki, ÜTT, əlavə gömrük vergiləri, iqtisadi artımlarda yavaşlama, maliyyə bazarlardakı volatillik  və inkişaf etmiş bazarlarda artan faizlərlə bağlı şərtlərin ticarət üzərində təzyiq yaratdığını qeyd edib. 


Hesabatda, "Qlobal ticarət, keçən il artan ticarət gərginlikləri və iqtisadi qeyri-müəyyənliklər səbəbindən gözləniləndən daha yavaş artım göstərməsinin ardından 2019 və 2020-ci illərdə "sərt küləklə" qarşı-qarşıya qalmağa davam edəcək",- deyilir. 
 

Quruma görə, bu il qlobal ticarətdə artım həcmi 2018-dəki 3% nisbətindən 2.6%-ə geriləyəcək. ÜTT Sentyabrdakı hesabatında ticarət dövriyyəsinin bu il 3.7% artacağını proqnozlaşdırmışdı. 

 

 

Qlobal ticarət həcmindəki artımın 2020-ci ildə yenidən 3% səviyyəsinə yüksələcəyi, bunun ticarət "burulğanlarının" azalması ilə bağlı olacağı qeyd edilib.
 

TƏK ŞƏXSİYYƏT VƏSİQƏSİLƏ 15 DƏQİQƏYƏ KREDİT!

 

ÜTT-nin Sədri Roberto Azevedo "Ticarət müharibələri artaraq davam edərkən kimsə bu tablo qarşısında təəccüblənməməlidir. Təcili olaraq bu gərginlikləri həll etməli və qlobal ticarətdə müsbət bir yola fokuslanmalıyıq",- deyib. 

02.04.2019 16:07

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ