Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Gənclərin peşəkar inkişafına Expressbank-dan növbəti töhvə

iç səhifə xəbər başlığı altı (mobil)_31
Gənclərin peşəkar inkişafına Expressbank-dan növbəti töhvə
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

® Mütəmadi olaraq gənclərin maarifləndirilməsi istiqamətində töhvə verən Expressbank maraqlı layihələri ilə fərqlənməkdə davam edir.

 

Belə ki, bank tərəfindən yaradılan Express İnkişaf Mərkəzinin nəzdində fəaliyyət göstərən və İnsan resurslarının layihəsi olan Express Maarifləndirmə- yə start verildi.

 

İlk olaraq bankın nümayəndələri- təlimçilər Azərbaycan Tələbə Gənclər Təşkilatı İttifaqının dəstəyi ilə 22- 26 Mart tarixlərində Daşkəsəndə təşkil edilən 80 nəfərlik tələbə heyətinə Emosional İntellekt və Peşəkar mütəxəssis mövzularında təlim keçiriblər. İnteraktiv və pozitiv formada təşkil edilən təlim çərçivəsində maarifləndirici oyunlarda  aktivliyi ilə fərqlənən tələbələrə Expressbank tərəfindən xüsusi hədiyyələr təltif edilib.

 

İnsan resursları layihəsi olan Express Maarifləndirmə-nin illik proqramına əsasən növbəti görüş 28 mart tarixində Express İnkişaf Mərkəzində baş tutub. Təlimdə işitrak edən tələbələr fevral ayında universitetlərdə aparılan təbliğat nəticəsində CV göndərən ilk 25 gənc arasından seçilib. “Bank kartları fəlsəfi” və “Ağıllı anket – CV” mövzularında təşkil edilən təlimlərdə tələbələrin göstərdiyi aktivlik barədə bəhs edən Express İnkişaf Mərkəzinin rəhbəri Faiq Musayev bildirdi ki, bir çox təhsil müəssisələrində, məktəblərdə və Express İnkişaf Mərkəzində tələbə və şagirdlər üçün hər ay müxtəlif təlimlərin təşkili planlaşdırılır.

 

“Layihənin məqsədi gənclərin yeni biliklər əldə etməsinə və bank fəaliyyətində ümumdünya təcrübəsi ilə yaxından tanış olmağına şərait yaratmaqdır. Bu səbəbdən gənclərə Expressbank-ın Top menecerləri, müstəqil struktur bölmə rəhbərləri, filial müdirləri və təcrübəli ekspertləri ilə nəzəri bilgilərlə yanaşı praktik təcrübə keçməkdə davam edəcəyik.”

 

Qeyd edək ki, “Express İnkişaf Mərkəzinin əsas hədəfi keyfiyyətli və tədris sahəsində ehtiyacları qarşılayan mərkəzə çevrilmək və potensialı olan gənclərin bank sahəsində təcrübə əldə edərək gələcəkdə daha böyük uğurlara nail olmalarına zəmin yaratmaqdır. Mərkəzin açılışı cari ilin yanvar ayında baş tutmuşdu. Layihənin davamı olaraq növbəti maarifləndirici təlimlər aprel ayında nəzərdə tutulur. 

03.04.2019 10:18

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ