Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Ekspert: "AccessBank-ın tələbələrə investisiya etməsi təqdirəlayiqdir"

iç səhifə xəbər başlığı altı (mobil)_31
Ekspert: "AccessBank-ın tələbələrə investisiya etməsi təqdirəlayiqdir"

® AccessBank-ın UNEC-də reallaşdırdığı "Access Business Talks" layihəsinin budəfəki qonağı iqtisadçı-ekspert Samir Əliyev olub.


Ekspert tələbələr qarşısında "Əsas iqtisadi parametrlər" mövzusunda təqdimatla çıxış edib. İnteraktiv qaydada keçirilən təqdimat tələbələr tərəfindən olduqca böyük maraqla qarşılanıb.

Reklam_3_11

 

Samir Əliyev ölkənin əsas makroiqtisadi göstəricilərinə toxunub və onların son illər ərzində dinamikasını tələbələrlə birgə təhlil edib. Bununla yanaşı, iqtisadçı və layihə iştirakçıları dövlət büdcəsinin əsas komponentlərinin analizini aparıblar.

 

İnvestisiyalara toxunan ekspert insan kapitalına yatırımın olduqca vacib olduğunu bildirib. Bu baxımdan Samir Əliyev AccessBank-ı misal çəkib: "AccessBank təhsil sahəsində önəmli layihələr reallaşdırır. Məsələn, Bank UNEC-də reallaşdırdığı layihələri ilə gənc kadrlara investisiya qoyur və bu yatırım təqdirəlayiqdir".

 

Təqdimatın sonunda ekspert tələbələrin suallarını cavablandırıb.

 

Qeyd edək ki, 10 həftə davam edəcək "Access Business Talks" layihəsi çərçivəsində AccessBank-ın əməkdaşları, IELTS və müxtəlif iqtisadi sahələrin mütəxəssisləri tələbələrlə öz təcrübələrini bölüşür. Böyük hissəsi ingilis dilində aparılan bu çıxışların əsas məqsədi tələbələrin dil biliklərini artırmaqla yanaşı, dünyagörüşünün formalaşdırılması, biznes, maliyyə kimi sahələrdə yeni məlumatların əldə edilməsidir.

 

Tələbələr üçün layihə davam etdiyi müddətdə maraqlı görüşlərlə yanaşı, bankda təşkil olunacaq ekskursiyada hər bir struktur bölmənin iş prosesi ilə yaxından tanış olmaq imkanı yaranacaq. Bundan başqa, layihə bitdikdən sonra tələbələr "AccessBank"da təcrübə proqramı keçib və müvafiq sertifikatla təltif olunacaq.

03.04.2019 13:22

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ