Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Neft qiymətlərinin yüksəlməsi ABŞ-dan gələn xəbər ilə dayandı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Neft qiymətlərinin yüksəlməsi ABŞ-dan gələn xəbər ilə dayandı
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

ABŞ-da xam neft ehtiyatları yanvar ayından bu yana ən böyük artımını reallaşdırıb. Bu vəziyyət hədsiz təklif narahatlıqlarını yenidən ön plana çıxarıb. Nəticədə, neft qiymətlərinin yüksəlməsi dayanıb.
 

"Marja" xəbər verir ki, ABŞ Enerji İnformasiya İdarəsinin (EIA) rəsmi rəqəmlərinə görə, ABŞ-da xam neft ehtiyatları ötən həftə 7.24 milyon barrel artıb və bu məbləğ həm analitiklərin, həm də sektorun proqnozlarından yüksəkdir. ABŞ və Çin arasında davam etdirilən ticarət danışıqlarında razılaşmaya yaxın olduğuna dair nikbinlik, yəqin ki, qiymətlərdəki kəskin azalmanın qarşısını alır.
 

Reklam_3_11

 

Səudiyyə Ərəbistanının rəhbərliyi altında Neft İxrac Edən Ölkələr Birliyi (OPEC) və tərəfdaşlarının hasilatlarını azaltmaları neft qiymətlərinin bu il 37 faiz artmasına ən böyük dəstəyi verib.

 

Son günlərdə, OPEC üzvləri İyun ayında başa çatacaq istehsalın azaldılması müqaviləsinin uzadılması lazım olduğunu dilə gətiriblər.


TƏK ŞƏXSİYYƏT VƏSİQƏSİLƏ 15 DƏQİQƏYƏ KREDİT!

 

Çin iqtisadiyyatında nəzərə çarpan sabitlik və dünyanın ən böyük iki iqtisadiyyatı ABŞ və Çin arasındakı ticarət danışıqlarında irəliləyiş təmin olunması tələb proqnozlarının yaxşılaşmasına səbəb olur.
 

Bakı vaxtı ilə saat 11:25-ə olan məlumata görə, Qərbi Texas nefti (WTI) 62.36 dollara, Brent nefti isə 0,4% ucuzlaşaraq 69,06 dollara düşüb. Dünən Brent neftinin qiyməti 70 dollara yaxınlaşmışdı.

04.04.2019 09:29

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ