Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Sığorta şirkətinin nümayəndəsindən aqrar sığorta haqda təklif

iç səhifə xəbər başlığı altı (mobil)_31
Sığorta şirkətinin nümayəndəsindən aqrar sığorta haqda təklif

“Atəşgah” Sığorta Şirkəti Gəncə filialının direktor müavini Orxan Qurbanov “Azərbaycanda aqrar sığortanın tətbiqi: problemlər və imkanlar” mövzusunda Respublika elmi-praktiki konfransında iştirak edib.

 

Reklam_3_11

Şığorta şirkətindən "Marja"ya daxil olmuş məlumata görə, o, konfransda çıxış edərək dünyada kənd təsərrüfatı sahəsində ənənəvi sığorta növündən əlavə, qeyri-ənənəvi - indeksli sığortanın getdikcə daha çox əhəmiyyət qazandığını bildirib.

 

 

Qurbanovun sözlərinə görə, indeksli sığorta modeli, əkin sahələrinə dəyən ziyan üzrə  sığorta ödənişinin bəzi indekslərin razılaşdırılmış həddi-müəyyən bir parametr göstəricisini  aşdığı təqdirdə həyata keçirilir.

 

"Belə bir parametr göstəricisi müəyyən bir dövr üçün yağıntının miqdarı və ya temperatur həddi ola bilər. Ənənəvi kənd təsərrüfatı sığorta modelindən fərqli olaraq indeksli sığorta üzrə administrativ xərclər nisbətən az olur. Bu cür modelin Azərbaycanda tətbiqi məqsədə uyğun olardı. Artıq inkişaf etməkdə olan bir çox ölkələr fərdi və 20-yə yaxın institusional səviyyədə indeks sığortası proqramlarını təqdim etmişlər və bu təcrübədən kifayət qədər yeni biliklər eldə etmək olar" - deyə  o, qeyd edib.

 

TƏK ŞƏXSİYYƏT VƏSİQƏSİLƏ 15 DƏQİQƏYƏ KREDİT!

 

Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli  Fərmanı ilə təsdiq edilmiş  “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”ndə “Aqrar sığortanın inkişaf etdirilməsi” prioritetinin reallaşması məsələlərinin müzakirə olunması məqsədilə təşkil olunmuş konfransda aqrar iqtisadiyyatda müasir yeniliklər, kənd təsərrüfatında risk və qeyri-müəyyənliyin idarə olunması, aqrar sığortada hidrometroloji proqnozlar, sığorta statistikası və digər mövzuların əhatə olunduğu məruzələr dinlənilib.

04.04.2019 09:34

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ