Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

“Mətanət A” şirkətinin dəstək verdiyi KVN yarışı sona yaxınlaşır

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Mətanət A” şirkətinin dəstək verdiyi KVN yarışı sona yaxınlaşır

(®) Gənclərə dəstək Korporativ Sosial Məsuliyyət layihələrinə böyük önəm verən “Mətanət A” şirkətinin əsas prioritetlərindəndir.

 

Reklam_3_11

Şirkət ölkəmizin gələcəyi olan gənclər və yeniyetmələrin intellektual və mədəni inkişafı istiqamətində müxtəlif layihələr həyata keçirir, bu səpgili tədbirlərə dəstək verir.

 

“Mətanət A”nın dəstək olduğu bu kimi layihələrdən biri də KVN Azərbaycan Liqası - Şən və Hazırcavablar Klubunun (ŞHK) ölkə birinciliyidir. Respublikanın ən şən və hazırcavab komandasını müəyyənləşdirəcək yarış finala yaxınlaşır. Artıq yarışın yarımfinal mərhələsinin oyunları baş tutub.

 

Oyunlarda 16 komandanın arasından ələnərək yarımfinal mərhələsinə qədər gəlib çıxmış 8 komanda iştirak edib. “Mətanət A” şirkətinin əməkdaşları gənclərin hazırladıqları səhnəcikləri yerində izləyərək dəstək olublar. Gərgin keçən mübarizənin sonunda daha 2 komanda mübarizəni dayandırıb. Xatırladaq ki, “Mətanət A” şirkətinin dəstəyi ilə Şən və Hazırcavablar klubunun ölkə birinciliyinin finalı may ayının 27-də baş tutacaq.

 

"Mətanət A" şirkətinin əsası 2000-ci ildə qoyulub və qısa müddət ərzində milli şirkətlər arasında aparıcı yerlərdən birinə sahib olaraq innovativ texnologiyalar sayəsində yüksək inkişaf səviyyəsinə çatıb. Müasir texnologiyalarla təchiz olunmuş zavodlarında istehsal edilən məhsullar ölkəmizdə və onun hüdudlarından kənarda istifadəçilərin rəğbətini qazanaraq şirkəti öz sektorunda qabaqcıl şirkətlərdən birinə çevirib. Hazırda şirkət 3 sistemdə, 24 mal qrupunda fəaliyyət göstərməklə 200-dən çox ticarət markasına və 1000-dən artıq məhsul çeşidinə malikdir. Müştərilərə həm çeşid zənginliyi, həm rahatlıq, həm də keyfiyyət baxımından tam xidmət göstərməklə daim yeni ideyaların ortaya qoyulması şirkətin əsas prinsiplərindəndir.

04.04.2019 13:29

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ