Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Novruz yarmarkaları bu ünvanlarda təşkil ediləcək

iç səhifə xəbər başlığı altı (mobil)_31
Novruz yarmarkaları bu ünvanlarda təşkil ediləcək

Novruz bayramı ilə əlaqədar Bakı və Sumqayıt şəhər əhalisinin kənd təsərrüfatı və ərzaq məhsullarına artan tələbatının daha dolğun ödənilməsi və istehlakçıların seçim imkanlarının artırılması, süni qiymət artımının, möhtəkirliyin qarşısının alınması məqsədi ilə 16-19 mart 2017-ci il tarixlərində fasiləsiz olaraq 4 gün müddətində Kənd Təsərrüfatı Nazirliyi tərəfindən kənd təsərrüfatı məhsullarının satış yarmarkalarının keçirilməsi nəzərdə tutulub.

 

Nazirlikdən verilən məlumata görə, yarmarkalar aşağıdakı ünvanlarında təşkil olunur:

 

Bakı şəhəri üzrə:

 

Xətai rayonu:

- Məzahir Rüstəmov  küçəsi, Bakı kinoteatrının yaxınlığı

 

Nərimanov rayonu:

- Keşlə bazarının ərazisi;

 

Səbail rayonu:

- Badamdar qəsəbəsi, Seyran Məmmədov küçəsi 1, Məktəbin arxası

 

Suraxanı rayonu:

- Əmircan qəsəbəsi, Malik Mustafayev küçəsi 4, 3 saylı Xüsusi Təyinatlı  Mənzil-kommunal Təsərrüfat Birliyinin yanı

 

Binəqədi rayonu:

- Dərnəgül, Koroğlu Rəhimov küçəsi 53, Elit Ticarət Mərkəzinin yaxınlıgı.

 

Sumqayıt şəhəri üzrə (2 yerdə):

 

- 12-ci mikrorayon

- köhnə avtovağzalın yanı

 

Yarmarkaların mütəşəkkil keçirilməsi üçün nazirliyin məsul əməkdaşlarından ibarət işçi qrupları yarmarkalara təhkim olunub və onlar da satılan məhsulların keyfiyyətinə, istehlak üçün yararlı və təhlükəsiz olmasına, qiymətlərin tənzimlənməsinə daim nəzarət edəcəklər. Satışa çıxarılan bitki və heyvan mənşəli məhsulların fitosanitar və baytarlıq nəzarətindən keçirilməsi, müayinələrin vaxtında aparılması üçün yarmarkalar səyyar avtolaboratoriyalarla təmin olunacaq.

06.03.2017 13:41

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ