Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Bank VTB Azərbaycan-da yeni təyinatlar

iç səhifə xəbər başlığı altı (mobil)_31
Bank VTB Azərbaycan-da yeni təyinatlar
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

VTB (Azərbaycan)-ın Müşahidə Şurası bankın idarə heyətinin yeni tərkibini təsdiqləyib.

 

VTB (Azərbaycan)-nın Mətbuat xidmətindən “Marja”ya daxil olmuş məlumata görə, VTB (Azərbaycan)-ın Müşahidə Şurası korporativ biznesin inkişafı departamentinin rəhbəri Yasin Cəlilovu və pərakəndə biznesin inkişafı departamentinin rəhbəri Dmitri Qalaşevı bankın idarə heyətinin üzvü vəzifələrinə təyin edib.

 

Yasin Cəlilov “beynəlxalq iqtisadi əlaqələr” ixtisası üzrə “Xəzər” universitetini və Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunu bitirib. Azərbaycan Dövlət Neft Akademiyasının maqistr dərəcəsinə sahibdir. Həmçinin, 2015-2018-ci illərdə Böyük Britaniyanın “Warwick Business School” ali məktəbində MBA dərəcəsi üzrə təhsilini davam etdirib. 1996-cı ildən etibarən bank sahəsində çalışır, Azərbaycan Beynəlxalq Bankında rəhbər vəzifələrdə işləyib. 2018-ci ildən bank VTB (Azərbaycan)-ın korporativ biznesin inkişafı departamentinə rəhbərlik edir.

 

 

İdarə heyətinin üzvü kimi Yasin Cəlilov korporativ biznes istiqamətləri, o cümlədən KOS sahəsində müştərilərlə iş, məhsulların hazırlanması, eləcə də təhlil və hesabat kimi istiqamətlərə nəzarət edəcək.

 

Dmitri Qalaşev “mühəndis-iqtisadçı” ixtisası üzrə Kostroma texnoloji universitetini bitirib. VTB Qruda 2004-cü ildən, VTB (Azərbaycan)-da isə 2017-ci ildən etibarən çalışır.

 

O, bankın pərakəndə biznesinə, o cümlədən bank məhsullarının satışı, şəbəkə və müştəri xidmətlərinin inkişafı, eləcə də bankın pərakəndə müştərilərinə məsafəli xidmətin inkişafına rəhbərlik edəcək.

 

TƏK ŞƏXSİYYƏT VƏSİQƏSİLƏ 15 DƏQİQƏYƏ KREDİT!

05.04.2019 10:45

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ