Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

Yenilənmiş Genesis G90 Azərbaycana gəlir

iç səhifə xəbər başlığı altı (mobil)_31
Yenilənmiş Genesis G90 Azərbaycana gəlir

"Auto Azərbaycan” şirkəti Genesis G90 avtomobilini may ayında Azərbaycana gətirəcək


 

Reklam_3_11

Genesis G90 modeli yeni face lift versiysında da Atletik Zəriflik fəlsəfəsini davam etdirir. Radiotor barmaqlığı, Crest Grille daha da böyüdülmüş, qeydiyyat nömrəsi üçün yer isə daha da aşağı salınmışdır. Sözdə sadə dəyişiklik kimi görünsə də avtomobilin ümumi xarici görünüşünə görə daha yüksək pozisiyaya qaldırır.

Gensisin daha bir fərqləndirici cəhəti sayılan G-Matrix, brilyant parıltısından ilhamlanılaraq  ön və arxa fənərlərə kübarlıq abu-havası gətirir. Əlavə olaraq G-Matrix formulası təkərlərdəki səsin azaldılması üçün opsional olaraq 19 düymlük təkərlərə də tətbiq edilə bilir.

İnyeryerin dizaynında təmin edilən axıcılıq paralel səthlərin və hava tənzimləyici və audio sistemlərin harmoniyası sadə, bir o qədər də rahat istifadəçi təcrübəsi yaşadacağını vəd edir. Bir sözlə Alman kübarlığı.

G90 OTA yenilənə bilən xəritə və proqram təminatı sistemi, 12.3 düymlük navigasiya və GUİ sistemi təklif edir. Avtomobil  Kakao I, Apple CarPlay, Android Auto, and Mirror Link kimi texniki imkanları standart spesifikasiyada istifadəçilərin üçün əlçatandır. 

Ağıllı Avtomobil İdarəetmə və Təmir Sistemi (The Intelligent Car Management Service)  sürücülərin sürmə vərdişlərini nəzərə alaraq təmir və periodik servislər barədə məlumat təqdim edir. Bundan əlavə bir çox standart imkanları ilə G90 öz sinfinin ən təhlükəsiz avtomobili hesab edilir:

 

- Lane Follow Assist (LFA) – Zolqada qalma, zolaqdan çıxma, zolaq mərkəzi ilə hərəkət etmək üçün təhlükəsizlik sistemi


- Rear Cross-traffic Collision-Avoidance Assist (RCCA) – Məneələrin və toqquşmaların önlənməsi üçün arxa və yan radarların istifadəsi sistemi.

 

- Forward Collision-Avoidance Assist (FCA) – Əks istiqamətdə hərəkət edən velosiped və avtomobillərin ayırd edilməsi

 

- Safe Exit Assist (SEA) – Açılmaqda olan qaplıya tərəf yaxınlaşan obyektlər barədə sürcü və sərnişinlərə xəbərdarlıq edir

 

G90 sərnişinlər üçün nəzrədə tutulan diz hava yastığı ilə birlikdə 10 hava yastığı ilə təchiz olunmuşdur.

"Auto Azərbaycan” şirkətindən “Marja”ya bildirildi ki, G90 FL modeli üzrə ilkin siafrişlər artıq qəbul olunmuşdur və may ayında Azərbaycana gətirilərək sahiblərinə təhvil veriəcəkdir. 

 

Yeni sifarişlər üçün ünvan:  http://www.hyundai.az

Əlaqə nömrəsi: (012) 989

09.04.2019 07:58

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ