Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

Şəmkirdəki etirazçılara rəsmi cavab - "Çətinliklərinizin aradan qaldırılması üçün..."

iç səhifə xəbər başlığı altı (mobil)_31
Şəmkirdəki etirazçılara rəsmi cavab - "Çətinliklərinizin aradan qaldırılması üçün..."

İqtisadiyyat və Kənd Təsərrüfatı nazirlikləri birgə məlumat yayıb.

 

Reklam_3_11

Məlumatda bildirilir ki, son vaxtlarda daxili bazarda kartof, soğan və kələmin qiymətində ciddi artım baş vermişdir.

 

AŞAĞI FAİZLƏ TƏCİLİ PUL KREDİTİ

 

“Bununla əlaqədar, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 aprel 2019-cu il tarixli qərarı ilə beynəlxalq təcrübəyə uyğun olaraq, həmin məhsulların istehsal mövsümü də nəzərə alınmaqla, kartofun ixracına bu ilin 30 aprelinədək, soğan və kələmin ixracına isə 31 may tarixinədək ixrac rüsumunun tətbiqinə başlanmış, habelə soğanın idxalına tətbiq olunan spesifik rüsum həmin müddətədək ləğv edilmişdir.

 

 

Atılmış bu addım daxili bazarda qiymət sabitliyinin təmin olunmasına, ölkə əhalisinin bu məhsullara olan tələbatının daha dolğun ödənilməsinə xidmət edir.

 

Sahibkarların məhsullarının satışında yarana biləcək çətinliklərin aradan qaldırılması istiqamətində zəruri tədbirlər görüləcəkdir”,- məlumatda deyilir.

 

Qeyd edək ki, bu gün Şəmkir rayonunda kartofa tətbiq edilən əlavə ixrac gömrük rüsumu ilə əlaqədar sakinlər etiraz aksiyası təşkil edib. Rayonun Sarı kənd sakinləri əlavə gömrük rüsumuna etiraz olaraq dəmir yolunu bağlayıblar.

 

Əraziyə icra başçısı Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov da gedib və sakinlərlə danışıb.

 

Qeyd edək ki, əlavə ixrac gömrük rüsumları kartof ixracını bahalaşdırır.  

08.04.2019 12:38

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ